Moderator.az xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi 1 may küçəsi, dalan 1, ev 2 ünvanında qeydiyyatda olan, S.Bəhlulzadə 107A, mənzil 60 nvanında yaşayan Bağırova Vesmira Qabil qızı 27 fevral səhər saat 6:00 radələrində intihara cəhd edib. V.Bağırovanın intihar cəhdinin qarşısı son anda evdə olan oğlu tərəfindən alınıb. V.Bağırovanın intihara cəhd etməsinə səbəb isə oğlu Rəhimov Rəşad Malik oğlunun zərərçəkmiş qismində tanındığı 150116320 saylı cinayət işinə əsasən təqsirləndirilən şəxslərin hələ də azadlıqda qalması iddiasıdır. Hansı ki, V.Bağırova intiharın səbəbləri ilə bağlı yazmış olduğu iltizamda bəhs edib.
Məlumat üçün qeyd edək ki, bu gün ölkə aşçısı İlham Əliyevə müraciət edən V.Bağırova təqsirkarlaırn hələ də azadlıqda olmasını həyatları üçün təhlükə kimi dəyərləndirib və bu haqsızlıqların onu ölkə vətəndaşlığından imtina etmək məcburiyyəti ilə üz-üzə qoyduğunu bildirib:
“Yazıb sizin nəzər-diqqətinizə çatdırmaq istəyirəm ki, 150116320 saylı cinayət işinin materialları ibtidai istintaqın obyektiv aparılması üçün DİN-dən mənə verilən məlumata görə, cənab Ramil Usubovun göstərişi və nəzarəti ilə BŞBPİ-yə həvalə edilmişdir.
Hal-hazırda 150116320 saylı cinayət işinin istintaqı BŞBPİ-nin istintaq və təhqiqat idarəsinin ağır cinayətləri istintaq şöbəsinin müstəntiqi polis baş leytenantı Həbib Həbiblinin icraatındadır. Təqirkarlar, yəni oğlum Rəhimov Rəşad Malik oğluna qarşı əlbir olaraq AR CM-nin 178.3.2-ci maddəsi ilə dələduzluq cinayət əməli törədərək ailəmizə 16.000 ABŞ doları və 4000 manat məbləğində maddi ziyan vurmuş Hüseynov Altay Hüseynxan oğlu və Babayeva Ramilə Afiq qızı təqsirlərinin tam sübuta yetirilməsinə baxmayaraq, bu günə qədər də azadlıqdadırlar.
Xahiş edirəm Hüseynov Altay Hüseynxan oğlu və Babayeva Ramilə Afiq qızı barəsində həbs-qətimkan tədbiri seçilməsinə göstəriş verəsiniz.
Təqsirkarlarların, cinayətkar qrup üzvlərinin azadlıqda olması hər an həyatımız üçün böyük təhlükə yaradır. Bütün bu haqsızlıqların fonunda ökə vətəndaşlığınan imtina etmək məcburiyyətindəyəm”.
P.S.Məqalə ilə bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.