“SSRİ Baş Hərbi Prokurorluğu 20 yanvarda ordunun davranışlarında cinayət tərkibi görməyərək işə xitam vermişdi...”
Oxunub: 1040
19 Jan 2022 | 10:24
“SSRİ Baş Hərbi Prokurorluğu 20 yanvarda ordunun davranışlarında cinayət tərkibi görməyərək işə xitam vermişdi...”
İki əsrdə imperiyanın ermənilərin əli ilə azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlər təkcə Sumqayıt hadisələri, 20 Yanvar, Xocalı soyqırımı ilə məhdudlaşmır...
 
Azərbaycan xalqının həyatında elə böyük faciələr var ki, onlar haqqında hələ də gənc nəslin, dünya ictimaiyyətinin lazımi səviyyədə məlumatı yoxdur. Xalqımız, eləcə də dünya ictimaiyyəti bilməlidir ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin dərin kökləri vardır.
Bir sıra dövlətlərin hakim dairələri tərəfindən himayə olunan bu mənfur siyasət çar Rusiyası və sovet hakimiyyəti dövründə ardıcıl olaraq davam etmişdir. Nəticədə soydaşlarımız doğma torpaqlarından qovulmuş, qaçqın və köçkünə çevrilmişlər.
İki əsrdə imperiyanın ermənilərin əli ilə azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlər təkcə Sumqayıt hadisələri, 20 Yanvar, Xocalı soyqırımı ilə məhdudlaşmır. Bu proses 1905-1906, 1918-1920, 1947-1953 və 1988-1994-cü illərdə də davam etdirilmişdir.
Süquta uğradığını hiss edən sovet rejimi özünün son günlərində 70 il ərzində törətmiş olduğu cinayətlər sırasına daha bir faciəni əlavə etdi. 32 il bundan əvvəl – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi qüvvələri fövqəladə vəziyyət elan edilmədən Bakıya yeridildi və Ermənistanın respublikamıza qarşı ərazi iddialarının SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənməsinə etiraz olaraq ayağa qalxmış günahsız xalqa divan tutuldu.
Nə qədər ki, ümummilli lider Heydər Əliyev SSRİ rəhbərliyində təmsil olunurdu, bədnam ermənilər niyyətlərinə nail ola bilmirdilər. Ulu öndər Heydər Əliyevin Sov. İKP MK Siyasi Bürosunda olması M.Qorbaçov və ermənilər üçün bir sipər idi. Ulu öndərin 1987-ci il oktyabrın 21-də Siyasi Bürodan istefa verməsindən bir neçə gün keçməmiş Qarabağ məsələsi ortaya atıldı. 1987-ci il oktyabrın 27-də Yerevanda təşkil olunmuş mitinqdə “Heydər Əliyev Siyasi Bürodan getdiyinə görə Dağlıq Qarabağın Ermənistana birləşməsinə mane ola bilməyəcək” – kimi şüarlar səsləndirildi.
O vaxt M.Qorbaçovun ən yaxın adamlarından biri, iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan Parisdə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyini bəyan etmişdi. Eyni zamanda, “Humanite” qəzetində bu məsələyə Moskvanın razı olduğu barədə məlumat da dərc edilmişdi. 1988-ci ilin əvvəllərində M.Qorbaçov Silva Kaputikyan başda olmaqla erməni ekstremist nümayəndəliyini qəbul edərkən məsələ öz təsdiqini tapdı. Elə həmin vaxtdan – 1988-ci il fevralın əvvəllərindən Xankəndidə, Yerevanda antiazərbaycan və antitürk ruhlu mitinqlər başlandı. Bundan dərhal sonra erməni “Qarabağ Komitəsi” DQ MV-dəki “Krunk” təşkilatı gizli fəaliyyətdən birbaşa açıq fəaliyyətə keçdi və ermənilər tərəfindən “Miatsum” adlanan hərəkat formalaşdırıldı.
Azğınlaşmış ermənilərin Dağlıq Qarabağ Muxtar Vilayətinin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət qəbul etməsi və 1989-cu il dekabrın 1-də “Ermənistan SSR-lə Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında” qərarına Azərbaycan xalqı öz etiraz səsini ucaltdı. 
Azərbaycan rəhbərliyi isə yalnız Kremldən gələn əmrləri yerinə yetirməklə məşğul olurdu. Gördükləri tədbir isə B.Gevorkovun yerinə daşnak Henrix Poqosiyanı təyin etmək oldu.
Moskvadan gələn emissarlar isə Azərbaycana qarşı daha məkrli ssenarilər hazırlamağa davam edirdilər. Respublika ərazisində – Bakıda, Sumqayıtda, digər rayon və şəhərlərdə erməni təxribatçıları hazırlanmışdı.
Dağlıq Qarabağda gərginləşən vəziyyətin qarşısının alınması əvəzinə SSRİ rəhbərliyi vilayətin sosial-iqtisadi inkişafına 400 min rubl vəsait ayırmaqla dünya ictimaiyyətinin diqqətini əsas məsələdən yayındırdı. Düşmənlər bundan daha da ruhlandılar. 1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. 1988-ci ilin iyul ayında SSRİ Ali Soveti Rəyasət Heyətinin sessiyasında Dağlıq Qarabağ məsələsi müzakirə edilən zaman M.Qorbaçov Azərbaycan deputatları ilə yanaşı, Ermənistan deputatlarının da eyni hüquqda iştirakını tələb etdi. Bu isə M. Qorbaçovun Ermənistan üçün yaratdığı növbəti şərait idi.
İttifaq rəhbərliyinin Azərbaycan xalqına qarşı növbəti xəyanəti 1989-cu ilin yanvarın 12-də DQMV-də xüsusi idarəçilik forması yaradılması haqqında SSRİ Ali Sovetinin qərar qəbul etməsi və ermənipərəst Arkadi Volskinin komitəyə sədr təyin edilməsi oldu.
Arkadi Volskinin təşəbbüsü və səyi nəticəsində 50 min nəfər azərbaycanlı DQ MV-dən müxtəlif üsullarla deportasiya edildi. Ümumiyyətlə, 20 Yanvar hadisəsinə qədər SSRİ və respublika rəhbərliyinin imzaladığı qərar və fərmanlarda Azərbaycanın xeyrinə bir dənə də maddə olmadı. DQMV-nin Azərbaycanın tərkibindən çıxarılması siyasəti mərhələ-mərhələ həyata keçirilirdi. 
1989-cu ilin noyabrında səbr kasası dolmuş Azərbaycan xalqı Bakının mərkəzi meydanında mitinqlərə başladı.
1990-cı il yanvarın 18-də Bakıda və Azərbaycanın digər rayonlarında keçirilən izdihamlı mitinqlərdə ümumi tətilin başlandığı elan edildi. Bundan yararlanan M.Qorbaçov xalq hərəkatını boğmaq üçün müxtəlif vasitələr axtardı. Yerli hakimiyyət isə çox aciz vəziyyətə düşdü. Bakıda və rayonlarda aylarla davam edən mitinqlərdə Azərbaycan rəhbərliyinin istefası tələb -olunurdu. 1989-cu ilin sonu, 1990-cı ilin yanvarında Azərbaycanda ictimai-siyasi vəziyyət xeyli kəskinləşdi və qarşıdurma daha da dərinləşdi. Bakıda milis tərksilah olundu, SSRİ DİN-nin daxili qoşun hissələri Bakıya gətirildi. 1990-cı il yanvarın 13-də Bakıda bir erməninin 2 nəfər azərbaycanlını öldürməsi fitnəkarlığın əsasını qoydu. Süni şəkildə erməni talanları təşkil edildi. Əməliyyat şəraiti daha da mürəkkəbləşdi, ictimai asayiş pozulmağa başladı. Lakin bunların qarşısını almağa cəhd belə göstərilmədi. Halbuki, Bakıda SSRİ DİN-in 12 min nəfərlik silahlı qüvvəsi var idi. 
Yanvarın 15-də SSRİ Ali ¬Soveti Rəyasət Heyəti “DQMV-də və bəzi başqa regionlarda fövqəladə vəziyyət elan olunması haqqında” fərman verdi. Gəncə və digər şəhərlərdə qadağan (komendant) saatı tətbiq edildi. Bakıya hərbi texnikalar gətirilməsi prosesi davam edirdi. O vaxtlar xalq hərəkatına rəhbərlik edənlər və xalq cəbhəsi təmsilçiləri buna cavab olaraq Bakı ətrafında və Bakıda hərbi hissələrə yaxın ərazilərdə sədlər, yük və minik maşınlarından, avtobus və trolleybuslardan ibarət barrikadalar yaratmağa başladılar. Piketlər təşkil olundu ki, bu da yanvarın 20-də çoxlu sayda dinc əhalinin həlak olmasına və yaralanmasına səbəb oldu. Artıq 1990-cı il yanvarın 16-da Moskva rəhbərliyi SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y. Primakovu və Sov. İKP MK-nin katibi A.Girenkonu Bakıya göndərdi. Yanvarın 17-də Azərbaycan KP MK binası qarşısında böyük mitinq başlandı və 3 gün davam etdi. Mitinqdə əsas tələblər bunlar idi:
– Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son ¬qoyulsun;
– Bakı ətrafına yığılmış qoşunlar Dağlıq Qarabağa göndərilsin;
– Respublika rəhbərliyi istefaya getsin, qadağan saatları ləğv olunsun və s.
Sovet rəhbərliyi xalq hərəkatını boğmaq, xalqımızın müstəqillik uğrunda mübarizəsinin qarşısını almaq, habelə digər respublikaları qorxutmaq üçün 1990-cı il yanvarın 19-da “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” fərman imzaladı.
Lakin fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək 82 nəfər qətlə yetirilmiş, 20 nəfər ağır yaralanmışdı. Yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü. Fövqəladə vəziyyət olmayan rayonlarda – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirildi. Cəlilabadda çox gərgin vəziyyət yaranmışdı.
Həmin gecə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Serqey Kryuçkov, müdafiyə naziri Dimitri Yazov və daxili işlər naziri Vadim Bakatin hərbi əməliyyata rəhbərlik etmişdilər. Yalnız yanvarın 21-də onlar hərbi təyyarə ilə Moskvaya qayıtmışdılar.
Artıq 1990-cı il dekabrın 20-də SSRİ Baş Hərbi Prokurorluğu hərbi qulluqçuların 20 yanvarda Bakıda baş vermiş hadisələrlə bağlı əməllərində cinayət tərkibi görməyərək işə xitam vermiş, faciəyə siyasi və hüquqi qiymət verməkdən imtina edilmişdi. Halbuki, da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan Konstitusiyasının 71-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdu.
Eyni zamanda, törədilmiş faciə haqqında xəbərlərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycanı informasiya blokadasına almaq və xalqın haqq səsini boğmaq məqsədilə SSRİ DTK-in “Alfa” qrupu respublika televiziyasının enerji blokunu partlatdı. KİV-in nəşrinə qadağa qoydu. Əhali blokadaya düşərək baş verənlərdən məlumatsız qaldı. Hərbi texnikaların üzərində heç bir nömrə nişanı yox idi. Xəzər Hərbi Dəniz Donanmasından desant qrupları şəhərə girmişdi.
SSRİ MN-nin, DİN və DTK-nin həyata keçirdiyi “Udar” (zərbə) adlı əməliyyatda xüsusi təyinatlı təxribat qrupları mühüm rol oynayırdı. Sonradan isə məlum oldu ki, Bakıya hücum edənlərin çoxu əvvəllər məhkum olunmuş cinayətkarlardan və ermənilərdən ibarət imiş. 
Beləliklə, sovet qoşunlarının təcavüzü nəticəsində təkcə Bakı şəhərində 133 nəfər qətlə yetirildi, 800 nəfərdən çox insan yaralandı, 100-ə yaxın avtomaşın məhv edildi. 841 nəfər etirazçı həbs edildi, 5 nəfər isə itkin düşdü.
Faciəyə etiraz səsini ən birinci ucaldan, ilk hüquqi-siyasi qiymət verən də ümummilli liderimiz Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək keçirdiyi brifinqdə 20 Yanvar hadisələrinin təşkilatçılarını, M.Qorbaçov başda olmaqla ifşa etdi. 1990-cı ilin noyabr ayında ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsinə prinsipial qiymət verilməsi məsələsini yenidən gündəmə gətirdi. Naxçıvan MR Ali Məclisinin 21 noyabr 1990-cı il tarixli qərarında 5 bənddən ibarət bəyannamə qəbul etdi. Lakin Azərbaycan hökuməti buna reaksiya vermədi.
Yalnız ümummilli lider Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olundu. 1994-cü il martın 29-da isə Milli Məclis tərəfindən 1990-cı il 20 Yanvar faciəsinə əsl siyasi və hüquqi qiymət verildi.
31 mart 1998-ci il tarixli fərmanla “20 Yanvar şəhidi” adı təsis edildi. 29 dekabr 1998-ci ildə “20 Yanvar şəhidi” adı haqqında əsasnamə təsdiq olundu və 
Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi yaradıldı.
Prezident İlham Əliyev isə 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərman imzaladı. Məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparıldı. Dövlətimiz mütəmadi olaraq Qarabağ savaşlarının şəhidlərininki kimi, 20 Yanvar şəhidlərinin də  ailələrinə öz qayğısını əsirgəmir və onların həyat şəraitinin yaxşılaşdırılması məqsədilə mühüm tədbirlər görür.
 
dos. Sadir Məmmədov,  Bakı Slavyan Universitetinin  ETLL-nin Aərbaycanşünaslıq və 
slavistika bölməsinin müdiri                                           
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Oxşar xəbərlər
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq