Bizi sosial şəbəkələrdən izləyin:                                        
                                     
                                    
                                 
                                
                                    NASA-nın rəhbəri Bill Nelson Texasdakı kosmik bazada Birləşmiş Ərəb Əmirliklərindən yeni  vəzifələndirilmiş iki astronavtı, o cümlədən hicablı qızı salamlayıb. 28 yaşlı BƏƏ vətəndaşı, ixtisasca mühəndis Nura əl-Matruşi və 33 yaşlı Dubay polis helikopter pilotu Məhəmməd əl-Mulla NASA-nın Hyuston bazasında təlimə qəbul olunub.
                                            
                                            
                                            
                                            
Moderator.az-ın "The National" nəşrinə istinadla verdiyi xəbərə görə,  müsəlman astronavtlar Beynəlxalq Kosmik Stansiyaya və Aya missiyalarda iştirak etmək  üçün 2 il müddətində təlim keçəcəklər.  
Nura əl-Matruşi vacib dini  ayinləri icra edən müsəlmandır və hicablıdır.  O, BƏƏ-dən olan ilk qadın astronavt olub. Qeyd edək ki, Əmirliklərin digər nümayəndələri Həzza əl-Mənsuri və Sultan əl-Neyadi NASA proqramı çərçivəsində təlimin birinci ilini başa vurublar.
Sultan Laçın