Qənirə Paşayeva şəhid Rəcəb Məmmədovun anası Həbibə xanımla görüşüb
Cəmiyyət
1113
04 Nov 2021 | 15:10

Qənirə Paşayeva şəhid Rəcəb Məmmədovun anası Həbibə xanımla görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid Rəcəb Məmmədovun anası Həbibə xanımla görüşüb.
 
Vətən müharibəsinin birinci ildönümü günləri və Zəfər Günü ərəfəsində baş tutan görüşdə Komitə sədri şəhidin həyat, döyüş yolu ilə maraqlanıb, şəhidin ailəsinin qayğıları ilə maraqlanıb.
 
Qeyd edək ki, 1995-ci il təvəllüdlü Rəcəb Xalid oğlu Məmmədov Ucar rayonundakı 221 saylı məktəbin məzunu olub. O, 44 günlük Vətən Müharibəsi başlayan ilk gündən könüllü olaraq cəbhəyə yazılıb, döyüşlərdə iştirak edib. Füzuli istiqamətində gedən gərgin döyüşlərdə bir neçə erməni canlı qüvvəsini məhv edən R.Məmmədov, 6 oktyabrda qəhrəmancasına şəhid olub.
Vətən sağ olsun!
Link kopyalandı!
Son xəbərlər