“Irəvana Qayıdış İttifaqının məqsədi o yurdlara dönüş prosesini sürətləndirməkdir…”
Cəmiyyət
3378
27 Aug 2021 | 12:23

“Irəvana Qayıdış İttifaqının məqsədi o yurdlara dönüş prosesini sürətləndirməkdir…”

“Burada söhbət yalnız İrəvana deyil, bütün Qərbi Azərbaycan torpaqlarına, yəni Göyçəyə, Zəngəzura, Basarkeçərə, Dərələyizə və s. qayıdışdan gedir…”
 
“Bu məqsəd uğrunda mübarizə aparan bütün ictimai-siyasi təşkilatlarla, partiyalarla, o cümlədən bilavasitə, Qərbi Azərbaycana, İrəvana qayıdışla bağlı digər hərəkat və qurumlarla əməkdaşlıq etməyi düşünürük…”
 
“Irəvana Qayıdış İttifaqı yaradılması haqda təşəbbüs qaldırmışıq.  İttifaqın məqsədi 44 günlük savaşdakı qələbəmiz nəticəsində yaranmış əlverişli geo-siyasi durumda  XX əsrin əvvəllərindən 1988-1989-cu illərədək baş vermiş soyqırımlar, deportasiyalar nəticəsində  tədricən itirilmiş  yurdlarımıza qayıdış prosesinin başlanmasını müxtəlif ictimai vasitələrlə sürətləndirməkdən, bu istiqamətdəki işlərdə dövlət və hökumət qurumlarına mümkün dəstəkləri verməkdən ibarətdir. Bu məqsəd uğrunda mübarizə aparan bütün ictimai-siyasi təşkilatlarla, partiyalarla, o cümlədən bilavasitə, Qərbi Azərbaycana, İrəvana qayıdışla bağlı digər hərəkat və qurumlarla əməkdaşlıq etməyi düşünürük”.
 
Qərbi Azərbaycandan olan bir qrup Azərbaycan ziyalısı “İrəvana Qayıdış İttifaqı” adlı qurum yaratmağı qərara alıb. Bu haqda Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, sabiq deputat Maksim Musayev  məlumat verib.
 
Keçmiş parlament üzvü bildirib ki,  İrəvana Qayıdış İttifaqının yaradılması barədəki təşəbbüs Prezident İlham Əliyevin soydaşlarımızın Qərbi Azərbaycan torpaqlarına qayıdışı haqdakı mütəmadi çıxışlarından sonra qaldırılıb.
 
“Təşkilat şərti olaraq İrəvana Qayıdış İttifaqı adlanır. Burada söhbət yalnız İrəvana deyil, bütün Qərbi Azərbaycan torpaqlarına, yəni Göyçəyə, Zəngəzura, Basarkeçərə, Dərələyizə və s. qayıdışdan gedir. Sadəcə, “İrəvan” adını daha diləyatımlı və yaddaqalanlığı, eyni zamanda İrəvan şəhərinin tarixən o ərazidəki Azərbaycan torpaqlarının bir növ mərkəzi olması baxımından  məqsədəuyğun sandıq. Yaxın günlərdə İttifaqın yaranması və məqsədləri haqda daha geniş məlumat veriləcək”- deyə Maksim Musayev bildirib.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər