150 min manatlıq mübahisə:
306
08:05, Bu gün

150 min manatlıq mübahisə: "Restoranı tikmişik, pulumuzu ala bilmirik" - VİDEO

Xaçmaz sakini Qurban Alqayev Çingiz Məmmədov adlı şəxs tərəfindən dələduzluğa məruz qaldığını iddia edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
 
Şikayətçinin sözlərinə görə, 2024-cü il mayın 1-dən etibarən Xaçmaz rayonu, Nərimanov küçəsində yerləşən şadlıq evinin tikinti və fasad işlərini həyata keçiriblər. Ümumi dəyəri 150 min manat olan işlərin tam icra olunmasına baxmayaraq, bu günədək heç bir ödənişin edilmədiyi bildirilir:
 
"Xaçmazda 150 min manatlıq iş görmüşük, lakin pulu verməkdən boyun qaçırırlar. Həmin şəxs Çingiz Məmmədovdur. Hazırda dəfələrlə zəng etsək də, telefonlarımıza cavab vermir. İşçilərə və material aldığımız yerlərə borcumuz qalıb, ödəniş edə bilmirik".
 
Qurban Alqayev qeyd edib ki, tikinti ilə bağlı rəsmi müqavilə bağlansa da, qarşı tərəf müxtəlif bəhanələrlə ödənişdən yayınır:
 
"Dəfələrlə yaxınlaşmışıq, lakin bildirir ki, pulu Laçına, Əsədə (yaxın adamları) verib, gedib onlardan ala bilərik".
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, hər iki şəxsin Xaçmaz Rayon Polis Şöbəsinə etdikləri müraciətlər əsasında istintaq araşdırmalarına başlanılıb.
 
Hazırda iş üzrə bütün halların tam, obyektiv və hərtərəfli araşdırılması istiqamətində tədbirlər davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək və müvafiq qərar qəbul olunacaq.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər