Dövlət Bayrağı Günü münasibəti ilə fləşmob təşkil olunub - VİDEO
170
15:28, Bu gün

Dövlət Bayrağı Günü münasibəti ilə fləşmob təşkil olunub - VİDEO

Bu gün Azərbaycan bayrağı işğaldan azad edilmiş ərazilərdə vüqarla dalğalanır. Dövlətçiliyimizin, müstəqilliyimizin, milli birliyimizin rəmzi kimi... Ölkəmizin digər bölgələri ilə birlikdə, Qarabağda və Şərqi Zəngəzurda da bayrağımız əbədi dalğalanacaqdır!
 
Moderator.az xəbər verir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağı Günü münasibəti ilə fləşmob təşkil edib.
 
Ulu Öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin üçrəngli bayrağımız haqqında dəyərli fikirlərinin səsləndirildiyi fləşmob Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə reallaşıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər