Güclü tornado 750 nəfəri yaraladı
1446
09 Nov 2025 | 16:10

Güclü tornado 750 nəfəri yaraladı

Braziliyanın Parana ştatında baş verən güclü tornado böyük dağıntılara səbəb olub.
 
Moderator.az xəbər verir ki, yerli hakimiyyətin məlumatına görə, Rio-Bonito-du-Iquaçu şəhərində infrastrukturun 80%-dən çoxu sıradan çıxıb.
 
Təbii fəlakət nəticəsində 750 nəfər xəsarət alıb, bir çox yaşayış evləri, məktəblər və ictimai binalar dağılıb. Şəhərdə elektrik və rabitə xətləri də zədələnib, bölgədə fövqəladə vəziyyət elan olunub.
 
Xilasetmə qrupları və ordu hazırda dağıntılar altında qalan insanların axtarışı və zərərçəkənlərə yardım işlərini davam etdirir. Şəhərə əlavə tibbi briqadalar və humanitar yardım göndərilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər