Bizi sosial şəbəkələrdən izləyin:                                        
                                     
                                    
                                 
                                
                                    Paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti, 39 ünvanında yerləşən restoran sakinlərin rahatlığını pozur.
 
                                            
                                            
                                            
                                            
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, gecə boyunca restoranda yüksək musiqi səsləndirilir. Onların sözlərinə görə, yaxınlıqda yerləşən "Üzüm" restoranında gecə saatlarında səsləndirilən yüksək musiqi onlara rahatlıq vermir.
 
Restoranın adminstratoru Rəmzi Allahyarov də iaşə obyektində 23:30-a kimi musiqi səsləndirildiyini təsdiqlədi. Amma o, səsin normadan çox olması şikayəti ilə razılaşmır.
 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, restoranda səs-küy olması ilə bağlı sakinlərin müraciətinə uyğun olaraq müvafiq tədbirlər görülür.