İki rayonu birləşdirən avtomobil yolu yenidən qurulub - VİDEO
1612
28 Dec 2024 | 11:59

İki rayonu birləşdirən avtomobil yolu yenidən qurulub - VİDEO

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Quba rayonunun Qırmızı Qəsəbə qəsəbəsini Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolunun əsaslı şəkildə təmiri yekunlaşıb.
 
Bu barədə Moderator.az-a AAYDA-dan məlumat verilib.
 
Uzunluğu 27 kilometr olan avtomobil yolu uzun müddət əsaslı şəkildə təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən bərpasına ehtiyac yaranan yol 3-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolun hərəkət hissəsinin eni 8 metrə qədər genişləndirilib.
 
Layihə üzrə torpaq işləri, yol yatağının yararsız qruntunun qazılaraq çıxarılması, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi, yeni yol yatağının inşası, yeni asfalt-beton örtüyününün döşənməsi və yolun Qırmızı Qəsəbədən keçən hissəsində zəruri yerlərdə yeni səki daşlarının düzülməsi işləri aparılıb.  
 
Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri də icra olunub. 
 
“İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. 
 
İyirmi iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolunun əsaslı təmiri yolboyu rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq. 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər