Bizi sosial şəbəkələrdən izləyin:
Təyyarə qəzasından sağ çıxan azərbaycanlı Ayhan Bayramzadə yaşadıqlarından danışıb.
Onun sözlərinə görə, təyyarə 3-cü dəfə enişə cəhd edəndə artıq sərnişinlər təhlükədə olduqlarını hiss ediblər:
"Əvvəlcə bizə dedilər ki, Qroznıya enirik. Pilot birinci dəfə enməyə çalışdı, amma alınmadı. Səmaya qalxdı. Eyni şeyi ikinci dəfə təkrar etdi. Bu dəfə də alınmadı. Artıq üçüncü enişdə biz təhlükəni hiss etdik. Ondan sonra təyyarə 1-2 saat Qroznı ətrafında fırlandı. Sonra Aktauda qəza enişi etdik. Artıq hər şeydən əlimizi üzmüşdük".
A.Bayramzadə onu da qeyd edib ki, sərnişinlərdən biri təhlükədən xəbərdar olanda huşunu itirib:
"Ona kömək edib, ayıltdılar. Hökumə xanım dedi ki, heç kim yerindən qalxmasın, kəmərləri taxsın, məcburi qəza enişi etməliyik. Ekipaj üzvləri bizi qorxutmadılar. Hər şeyin yaxşı olacağını dedilər".
Daha ətraflı Baku TV-nin süjetində: