Təyyarə qəzasında yaralananların yeni görüntüləri - VİDEO
1862
26 Dec 2024 | 15:20

Təyyarə qəzasında yaralananların yeni görüntüləri - VİDEO

Ötən gün Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasında yaralanan şəxslərin yeni görüntüləri yayılıb.
 
Moderator.az xəbər verir ki, onların müalicə olunduğu xəstəxananı “Dostluq” Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov ziyarət edib.
 
Dəhşətli hadisədə xəsarət alan 4 nəfərin görüntülərdə vəziyyətinin yaxşı olduğu öz əksini tapıb.
 
Şəmsəddin Hüseynov yaralılara Azərbaycan dövlətinin tam dəstəyini ifadə edib:
 
"Hazırda xəstəxanadayam. Bu palatada qəzada sağ qalanlardan 4 nəfər var. Onları Allah qoruyub saxlayıb. Sizin bu vəziyyətdən olmanıza bütün respublika kədərlənir. Qazaxıstan və Azərbaycan sizin yanınızdadır.Azərbaycandan olan həkimlər və yüksək vəzifəli şəxslər də buradadır. Hər kəs əlindən gələni edir."
 
Sədr qəzada yaralanan digər şəxslərin də tezliklə şəfa tapmasını diləyib.
 
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb.Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub.
 
Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
 
Faktla bağlı Azərbaycan və Qazaxıstanda cinayət işi açılıb.Hər iki ölkənin hökumətləri təyyarə qəzasının səbəblərini araşdırmaq üçün komissiyalar yaradıb. Sahə tədqiqatları Azərbaycanın aviasiya administrasiyası ilə əməkdaşlıq çərçivəsində aparılır. /Teleqraf.com/

Link kopyalandı!
Son xəbərlər