“Məktəbdə istilik yoxdur, uşaqlarımı ancaq həkimlərə aparıram”
354
11:00, Bu gün

“Məktəbdə istilik yoxdur, uşaqlarımı ancaq həkimlərə aparıram”

Ucar rayon Qazyan kəndində 2 nömrəli tam orta məktəbdə istilik sisteminin olmadığı iddia edilir.
 
Bu barədə Xəzər TV sujet hazırlayıb.
 
Bildirilib ki, adıçəkilən məktəbin binasına qaz xətti çəkilsə də, təhsil müəssisəsi istiliklə təmin olunmayıb.
 
Valideynlərin sözlərinə görə, istilik olmadığı üçün uşaqlar tez-tez xəstələnir: “Uşaqlar sinifdə üst geyimi ilə otururlar. Srağagün bir övladımı aparmışam həkimə. Bu gün də müəllim zəng edib ki, balaca uşağınızın burnu qanayır, gəlib aparın. Uşaqlarımı ancaq həkimlərə aparıram”.
 
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, Ucar rayon Qazyan kənd Əziz Əliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin istiliklə təminatı dizel yanacağı ilə işləyən istilik sistemi vasitəsilə həyata keçirilir: “Sənədləşmə işləri ilə əlaqədar olaraq istiliklə təchizatda fasilə yaranıb. Məktəbin istilik təchizatının ən qısa müddətdə bərpa edilməsi üçün işlər aparılır”.
 
Daha ətraflı videomaterialda:
 

 

Link kopyalandı!
Son xəbərlər