Şəbnəm Tovuzlu atasını evləndirdi:
626
12:52, Bu gün

Şəbnəm Tovuzlu atasını evləndirdi: "Qəlbim çox qırılıb..." - VİDEO

Bir müddət əvvəl anasını itirən müğənni Şəbnəm Tovuzlu atası Ələddinin ikinci dəfə evləndiyini açıqlayıb.

Sənətçi bu haqda "Qonaqcanlı" verilişində danışıb.

O bildirib ki, atasını özü evləndirib:

"Ölüncəyə qədər onun qulluğundayam. Yaxşı ki varsan. Anam 5 ildir, rəhmətə gedib. Atama nə qədər gözəl baxılsa da, təkliyini hiss etdim. Onu Günəş xanımla evləndirdim. Atama gözəl baxır".

Qeyd edək ki, Ələddin Şəbnəmin doğma atası deyil. İfaçı 1 yaşında olarkən anasını itirib və onu xalası ilə həyat yoldaşı saxlayıb. Şəbnəm uzun illər onları doğma valideyn bildiyini deyib. (axşam.az)

Link kopyalandı!
Son xəbərlər