16:29
7°C
Bakı
Xalq artisti Simarə İmanova "Qonaqcanlı" verilişinə dəvət olunub.
Proqram zamanı aparıcı Aytəkin Mərdanova və çəkiliş heyəti sənətçiyə sürpriz ediblər.
Onlar ifaçıya hərbi xidmətdəki övladı Məhəmmədin səsli mesajını dinlətdiriblər.
Oğlunun səsini eşidən Xalq artisti ağlayaraq göz yaşlarına hakim ola bilməyib.
Xatırladaq ki, Məhəmməd ötən ilin noyabrında Fatimə adlı xanımla ailə qurub. /BAKU.WS/