İranın Suriyadakı səfirliyinə basqın edildi
1850
08 Dec 2024 | 15:00

İranın Suriyadakı səfirliyinə basqın edildi

İranın Dəməşqdəki səfirliyinə etirazçılar tərəfindən basqın edilib. 
 
Moderator.az xəbər verir ki, bu barədə İranın Press TV telekanalı məlumat yayıb.
 
Telekanal baş verənlərin təfərrüatlarını açıqlamayıb.
 
Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə də yayılıb. Görüntülərdə “Qüds” briqadasının sabiq komandanı, general Qasim Süleymaninin və “Hizbullah”ın öldürülən lideri Həsən Nəsurullahın afişasının cırıldığı, səfirlik binasının talan edildiyi öz əksini tapıb.
 

 

Qafqazinfo.az
Link kopyalandı!
Son xəbərlər