“30 ildən sonra insanlarımız vətənə qayıdırlar” - Nurəddin Mehdixanlı
1496
06 Dec 2024 | 11:40

“30 ildən sonra insanlarımız vətənə qayıdırlar” - Nurəddin Mehdixanlı

Azərbaycanın teatr səhnəsində bir-birindən maraqlı obrazlar yaradan Xalq artisti Nurəddin Mehdixanlı Böyük Qayıdışla bağlı fikir və duyğularını bölüşüb. İşğaldan azad edilmiş ərazilərdə geri dönən həmvətənlərimizin sevincinə şərik olan tanınmış incəsənət ustası orada yaşanan rahatlığı görməyin vacibliyini xüsusi vurğulayıb.
 
Moderator.az xəbər verir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır.
 
Xalq artisti Nurəddin Mehdixanlı ilə müsahibədən hazırlanmış videoçarxı təqdim edirik.
 
Link kopyalandı!
Son xəbərlər