Mir Şahin onları buna görə hədəfə götürüb:
2722
04 Dec 2024 | 13:02

Mir Şahin onları buna görə hədəfə götürüb: "Anaya ox atanlar" haqqında FİLM

Tanınmış jurnalist, Real TV-nin rəhbəri Mir Şahin Ağayev  “Gönaydın, Manqurtlar” adlı reportajında Vətəninə, dövlətinə qarşı xəyanətkar mövqe tutanları “manqurt” adlandırıb.

Vətəni Ana obrazında təqdim edən jurnalist Vətənə qarşı çıxmağı anaya atəş açmaq kimi səciyyələndirib.

Bundan sonra xaricdə yaşayan bəzi blogerlər bu məsələni şəxsiləşdirib, Mir Şahin Ağayevin onların ailəsinə sataşdığını deyiblər.

Mir Şahin Ağayevin Vətəni məcazi mənada Ana obrazında təqdim etməsini anlamazdan gəliblər.

Moderator.az mövzunun aktuallığını nəzərə alaraq həmin məsələ ilə bağlı  “Xainləri tanı” youtube kanalı tərəfindən hazırlanan material təqdim edir.

Bu materialda hər iki tərəfin mövqeyi və həqiqətlər əks olunub:


Link kopyalandı!
Son xəbərlər