Qarabağda işləmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR
2034
02 Dec 2024 | 12:50

Qarabağda işləmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR

"Azərbaycanda ölkə başçısı tərəfindən Birinci Qayıdış Dövlət Proqramı qəbul olunub və bu dövlət proqramında işğaldan azad edilmiş ərazilərə qayıtmış keçmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı geniş, aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub".

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

Nazir müavini əlavə edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzura qayıtmış qayıtmış 3 min şəxsin artıq aktiv məşğulluğu nazirlik tərəfindən təmin olunub:

"Bu təxminən faizlə biz götürsək, həmin ərazidə olan iqtisadi fəal əhalinin 85-86 faizini təşkil edir. İşğaldan azad olunmuş ərazilərdə hazırda böyük quruculuq, bərpa işləri həyata keçirilir. Orada dövlət vəsaiti hesabına böyük infrastruktur layihələri icra olunur. Orada podratçı, subpodratçı təşkilatlarla da əməkdaşlıq edirik.

Onu da qeyd edim ki, biz hər ay 300-ə yaxın işəgötürənlə bu işlər çərçivəsində əməkdaşlıq qurmuşuq və həmin ərazilərdə məskunlaşmış şəxslərin yaradılmış iş yerlərində işlə təminatını sosial tərəfdaşlıq prinsipləri əsas götürülərək təmin etmək istiqamətində iş aparırıq.

2026-cı ilin sonuna qədər 12 min şəxsin yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə peşə hazırlığına cəlb olunmasını planlaşdırırıq. Digər bir istiqamət isə özünəməşğulluq proqramıdır. İşğaldan azad olunmuş ərazilərdə müxtəlif istiqamətlər üzrə özünəməşğulluq proqramlarının həyata keçirilməsini hədəfləmişik və tədbirlərimizi davam etdiririk".

Hazırda Dövlət Məşğulluq Agentliyi tərəfindən işğaldan azad olunan ərazilər üzrə aktiv vakansiya və iş imkanı mövcuddur. Vakansiyalar üzrə əməkhaqqı işə götürən tərəfindən müəyyən edilir.

Mövcud vakansiyalarla BURADAN tanış ola bilərsiniz.

Link kopyalandı!
Son xəbərlər