Bizi sosial şəbəkələrdən izləyin:
Müğənni Xatirə İslam anasının əhdini açıqlayıb.
Sənətçi "Gün ortası" verilişində bu haqda danışıb.
O bildirib ki, ailələrindəki bütün toyları həmkarı Rüfət Axundov aparır. Xatirə bunun üçün Rüfətə qonorar da ödədiklərini deyib:
"Bacımın toyunu, öz nişanımı, toyumu və qardaşımın toyunu da Rüfət Axundov aparıb. Anam o vaxt demişdi ki, əhd edirəm, bütün uşaqlarımın toyunu Rüfət aparacaq. Gələcəkdə oğlum Emilin də toyunu Rüfət aparacaq. Özü də müştəri kimi, hamı necə, biz də elə". (Axşam.az)