Türkiyədə dəhşətli qəza: 8 nəfər ölüb, 26 nəfər yaralanıb
1357
01 Feb 2026 | 13:20

Türkiyədə dəhşətli qəza: 8 nəfər ölüb, 26 nəfər yaralanıb

Türkiyənin Tekirdağ vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, Tekirdağdan Antalyaya gedən sərnişin avtobusunun aşması nəticəsində insan tələfatı qeydə alınıb.

Məlumata görə, içərisində 34 sərnişin olan avtobus yağışlı hava şəraiti səbəbindən sürüşkən yolda idarəetmədən çıxıb və döngədə yolun kənarına aşıb.

Qəza nəticəsində 8 nəfər həlak olub, 26 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə dərhal xilasedicilər, təcili tibbi yardım briqadaları, AFAD, jandarma və polis əməkdaşları cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər