Miri Yusif Funda Ararı məhkəməyə verir  - VİDEO
Şou-biznes
2931
07 Aug 2015 | 20:33

Miri Yusif Funda Ararı məhkəməyə verir - VİDEO

Miri Yusif türk müğənnisi Funda Ararı məhkəməyə verəcək. 

Moderator.az-ın məlumatına görə, buna səbəb türk ifaçısının Miri Yusifin “Ağ Qarğa” albomundan olan “Bağışla” adlı mahnısını heç bir icazə almadan və istinad etmədən ifa edərək bu gün öz rəsmi səhifəsində paylaşmasıdır. Miri Yusif məsələyə sosial şəbəkədə münasibət bildirib:

“Söz və musiqisi Miri Yusifə məxsus olan və "Ağ Qarğa" albomuna daxil edilmiş "Bağışla" mahnısının türk ifaçı Funda Arar tərəfindən heç bir icazə alınmadan ifa olunması bizi təəssüfləndirir. Sivil cəmiyyətdə bu addımın atılması heç də xoş deyil və buna qarşılıq olaraq onlarla məhkəmədə görüşəcəyik!” 

İfaçının mətbuat xidmətinin "Qafqazinfo"ya verdiyi məlumata görə, bu məsələ ilə bağlı ciddi addım atılacaq və Funda Arar məhkəməyə veriləcək.  

Qeyd edək ki, “Bağışla” mahnısı Miri Yusifin sayca beçinci albomu olan və 2014-cü ildə işıq üzü görmüş “Ağ Qarğa” adlı albomda yer alıb. 
Link kopyalandı!
Son xəbərlər