“Sən nə gündəsən, məni özünlə necə tay edə bilərsən?!” - Həmkarını biabır etdi
Şou-biznes
2568
09 Nov 2024 | 13:55

“Sən nə gündəsən, məni özünlə necə tay edə bilərsən?!” - Həmkarını biabır etdi

Efirdə davalar və qalmaqallar daim olur. Elə bir neçə gün bundan əvvəl tanınmış müğənni Əli Mirəliyev və Elşad Qarayev arasında da mübahisə yaşanıb. Həmin mübahisə isə tamaşaçılar tərəfindən birmənalı qarşılanmadı və müzakirələrə rəvac verdi.
 
Moderator.az xəbər verir ki, Yenisabah.az məsələnin təfərrüatlarını öyrənmək üçün müğənni Əli Mirəliyevlə əlaqə saxlayıb. Məhşur ifaçı açıqlamasında nə baş verdiyini belə izah edib:
 
“Elşad Qarayev toy müğənnisidir. Bir var bəstəkar mahnısı ifa edəsən, bir də var toy - "İran təranələri" ritmində fars, ərəb musiqisi oxuyasan. Bilir ki, bunlar mənim xoşuma gəlmir. Nəinki xoşuma gəlmir, belə ifaları heç qəbul etmirəm. O, bütün bunları ürəyində bilirdi. 3-4 ay bundan qabaq “Dünya TV”-də efirə gedən “İbo Şou”da qonaq olanda Elşad Qarayev mənim haqqımda fikirlər səsləndirib. Sonra həmin çıxışı “TikTok”-da da paylaşılıb. Orada deyib ki, mən 70-ci illərdə Bakıya gəlmişəm, amma Əli Mirəliyevi heç yerdə görməmişəm. Mən eşidəndə fikirləşdim ki, bu dəlidir? Bu nə söhbətdir edir?! Sonra bir neçə adam mənimlə əlaqə saxladı və bu barədə öz şərhlərini bildirdilər. Mən 70-ci illərdə Bakıda oxuyanda sən Kürdəmirdə dana otarırdın. Sən bunu deyəndə fikirləşmirsən ki, camaatın sənə olan münasibəti, reaksiyası necə olar? 76 yaşlı kişi üçün sən bu sözü deyirsən. Əvvəl Azərbaycan televiziyası bir dənə olub. Mən isə oranın solisti olmuşam. Dilarə Əliyevanın “Dan ulduzu” instrumental ansamblı, Dövlət Mahnı Rəqs Ansamblı və s. yerlərdə solist kimi fəaliyyət göstərmişəm. 120-dən çox mahnı ifa etmişəm. Sən bu sözü efirdə necə səsləndirə bilərsən? Sonra da boynuna almır”.
 
Əli Mirəliyev Elşad Qarayevin onu tanımamasına qəzəblənib:
 
“Bu yaxında şəhərdə olan vaxtı mənə “ARB” televiziyasından mənə zəng gəldi və dedilər ki, Elşad Qarayev efirdədir və sizi calaşdırmaq istəyirik. Əlaqəni yaratdılar. Elşad qayıtdı dedi ki, sən cavanlığında nə oxumusan ki, onlardan birini ifa et. Dedim ki, sən munsiflər heyətisən, ya bədii şura? Sən kimsən ki, 76 yaşlı kişi sənə imtahan verməlidir? Sən oxumağını düzəlt, söhbət səndən gedir. Sən nə gündəsən, məni özünlə necə tay edə bilərsən? Mən 20-dən çox ölkədə Azərbaycan musiqisini təmsil etmişəm, o isə toyxanalarda oxuyub. O, mənim əziyyətimi, ifalarımı yerə vurdu. Hansı müğənni məni tanımır? Sən necə ola bilər ki, tanımırsan? Guya qalmaqalla məni tanıyıb. Qalmaqallardan qabaq məgər mən oxumamışam? Məni tanımayıblar?”
 
Link kopyalandı!
Son xəbərlər