Şou-biznes
1525
01 Nov 2024 | 08:53

"Möhtəşəm yüz il"in ulduzu serialda çəkilməsinə təəssüflənib

Türkiyənin məşhur "Möhtəşəm yüz il" serialının ulduzu Meryem Uzerli həmin serialda çəkilməsinə təəssüflənir.
 
M.Uzerli etiraf edib ki, şəxsi həyatını qura bilməyib və özünü yaxşı ana hesab etmir.
 
"Aktyor həmişə öz ruhunun bir parçasını verməlidir. Mən ideal ana deyiləm, düzünü desəm, insanın ideal olması mümkün deyil. Amma hər gün çox çalışıram", - deyə aktrisa bildirib.
 
Kinotənqidçi İlona Yegiazarovanın sözlərinə görə, bunun səbəbi "Möhtəşəm yüz il"in çəkilişlərində hökm sürən sərt şərtlərdir. O əmindir ki, məhz bu layihədə iştirak M.Uzerlinin öz ailəsini qurmasına mane olub.
 
"Çəkilişlər 16 saat davam edirdi. Heç bir şəxsi həyat, istirahət yox idi. O, emosional cəhətdən tükənmişdi. Onun psixoloji vəziyyəti həqiqətən dəhşətli idi. Bundan əlavə, onun sevgilisi Can Ateşin pis reputasiyası var idi və bu barədə onu çoxları xəbərdar etmişdi", - deyə ekspert fikrini bölüşüb.
 
Qeyd edək ki, aktrisa iki uşaq böyüdür. 2014-cü ildə türk biznesmeni Can Ateşdən Lara adlı qızı dünyaya gəlib, lakin nikah pozulub. 2021-ci ildə aktrisanın ikinci övladı dünyaya gəlib, amma o, atasının adını hələ də açıqlamır.
 
Oxu.Az
Link kopyalandı!
Son xəbərlər