Damla: “Yazmışdılar ki, nəyə oxşayırsan” - FOTO
Şou-biznes
1498
15 Oct 2024 | 15:56

Damla: “Yazmışdılar ki, nəyə oxşayırsan” - FOTO

“Bu dərəcə də sərt reaskiya gözləmirdim. İnstaqdam və TikTok səhifəmə o qədər bildirimlər gəldi ki... Bir anlıq özümə dedim ki, görəsən mən nə demişəm və görəsən nə baş verib. O qədər aşırı reaksiya gəldi ki, sanki mən kimisə təhqir edib, alçaltmışam, dalaşmışam, kiminsə şərəf və ləyaqətinə toxunmuşam. Axı bu nədir belə...”
 
Bu sözləri müğənni Damla qalmaqallı toy obrazı (qısa saç düzümü, qısa şort və dizə qədər uzanan çəkmələr – red.) haqda danışarkən deyib.
 
Sənətçi sosial şəbəkədə saç düzümü və geyiminə görə izləyicilər tərəfindən səbəbsiz yerə linç olunduğunu bildirib:
 
“Haqqımda nələr yazmışdırlar. O sadəcə saça qoyulan parikdir. Bunu bu qədərə böyüdüb bə şişirtməyə lüzum yox idi. Şərhlərdə yazmışdırlar ki, sən nəyə və kimə oxşayırsan, özünə heç güzgüdə baxmısan. Yəni bu sadəcə parik, obraz və görüntü idi. Xoşumuza gəlib bu addımı atmışıq. Ömrümün sonuna kimi o saçda qalan deyiləm. Bundan betər saç rəngi və düzümdə, anlaşılmaz geyimlərdə səhnəyə ifaçılar çıxır ki, baxanda anlaya bilmirsən üzərinə geyindiyi ətək yoxsa köynəkdir. Ümumiyyətlə həmin müğənni niyə bu haldadır. Amma mənim bu obrazımda parik çıxmaqla heç bir əlavə bir şey yox idi. Tamaşaçı məni heç zaman belə gərməmişdi. Anidən məni belə görəndə anlaşılmazlıq olub. Bizdə belə bir şey var, kim pis şərh yazırsa heç kimin şəxsi fikri yoxdur, həmin dalğa ilə də gedir”. (olay)

Link kopyalandı!
Son xəbərlər