Şou-biznes
1845
05 Oct 2024 | 22:50

"Bu yaşda 3 uşaq anası ölməz" - Dünyasını dəyişən bacısından yazdı

Aktrisa Zülfiyyə Qurbanova vəfat edən bacısı Lamiyə ilə bağlı paylaşım edib.
 
Moderator.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa bacısının fotosunu yayımlayaraq bunları yazıb:
 
"Görəsən adam özünü hara çırpanda sakitləşir, ağrıları azalır... Lamiyə, sənə qurban olaram, başına dönərəm sənin. Səni o qədər sevirəm ki... Anamdan sonra anam da sən idin bacım da... Onsuz da yetim olan məni yetim qoydun. İstəyirəm özümü götürüm çırpım divara bəlkə ağrım azala.
 
İyunun 8-dən mübarizə aparırdıq. Çox inanırdım düzələcəksən. Deyirdi, Zülfiyyə, birdən əziyyətimiz hədər gedər. Cavab verirdim ki, xeyr Lamiyə, mənim heç bir əziyyətim hədər getməyib. 3 balamız qaldı - 10, 4 və 1 yaş yarımlıq körpə. Mən bu dünyanın ədalətinə xəstəxana dəhlizində Lamiyə, ölmə, bizim 3 balamız var, onlara söz vermişəm, səni sağaldəb qaytaracağam deyib, özümü divarlara çırpanda son qoydum. Səni buradan götürüb Türkiyəyə ən yaxşı xəstəxanaya qaçırdım ki, təki sağalansan. Bacarmadıq, bacarmadım. Bagışla məni... 
 
Anam bizi çox zülmlə təkbaşına böyütmüşdü. Bu bizim başımıza gəlməməli idi. O biri dünya varsa, anama nə cavab verəcəyəm?  Dəyəcəm sənin balaların bir-birlərinə sahib çıxıb özlərini qorumadılar? Adam 4 ildə həm ana, həm bu dünyada yeganə bacı olan bacısını itirərər? Səni son nəfəsimə qədər çox sevəcəyəm. Sənə söz vermişəm, balalarımıza bəlkə sənin kimi mükəmməl bir ana olmayacağam, amma ana kimi xala olacağam. Balalarımın dediyi kimi "xala-ana" olacağam.
 
O balaları böyütmək üçün heç olmasa 20 il canıma dəyməsin. Balalarının qoxusuna həsrət qalıb getdin bu dünyadan. Sənə qurban olum Lamiyə. Səni o qədər sevirəm. Sən mənim anama oxşayırdın. Söz vermişdin sağ qalacaqsan, söz vermişdin qocalacaqsan. Kaş mən gedərdim, kaş ömürdən pay olardı, kaş sənin canına gələn mənə gələrdi. Mənim arxada gözü yaşlı qoyacağım çox az adam vardı. Sən 3 balanı və mən balanı bədbəxt elədin. Yanıram, ay Lamiyə.  Sənə qurban olum mən. Uşaqları böyüdüm, anamla sənin yanına gələcəyəm. Səni çox sevirəm. 41 illik ömür yolunun 40 ilində mənə mükəmməl bacı oldun. Bu yaşda insan ölməz. 3 azyaşlı uşaq anası heç ölməz. Tüstüm ərşə dayanıb, belimi bükdün".
 
Link kopyalandı!
Son xəbərlər