“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Şou-biznes
Oxunub: 264
12:36, Bu gün
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Moderator.az müğənni Məcid Şamiloğlunun Lent.az-a müsahibəsini təqdim edir
 
- Öncə istərdim özünüz haqqında oxucularımıza məlumat verəsiniz.
 
- Gəncəliyəm. İlk ali təhsili ailəmin istəyi ilə Gəncədə ekologiya üzrə almışam. Musiqiyə yönəlməyimi istəmirdilər. Amma uşaqlıqdan musiqiyə, ədəbiyyata böyük həvəsim olub. 4 şeir kitabının müəllifiyəm.
 
1999-cu ildə Gəncə Dram teatrında “Yaralı ruhun nəğməsi” adlı dram əsərimi səhnələşdirmişdilər, Pedoqoji Universitetdə yaradıcılıq gecəm keçirilmişdi. Zaman keçdikcə içimdəki sənət xiffəti məni Bakıya gətirdi. Əvvəllər yazar kimi dövlət kanallarına dəvət edirdilər.
 
Bakıya gəldikdən sonra qısa bir müddət İrəvan teatrında, sonra Şuşa Musiqili Dram Teatrında işlədim, müxtəlif səpkili rollar yaratdım. Musiqili Teatrda səsin olmadan oxuya bilməzsən, mikrofonsuz səsin 500 nəfərlik auditoriyaya yayılmalıdır. Yəni bəziləri kimi səhnəyə “astanovkadan” yox, elə mədəniyyətdən, səhnədən gəlmişəm. Sonra 2004-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsini qırmızı diplomla bitirdim. Rejissorluğu seçdim, çünki bu sənət özündə bir çox şeyləri ehtiva edir, daha əhatəlidir.
 
Müəllimlərim mənim qalıb müəllim kimi işləməyimi istəyirdilər. Hətta Vaqif Gərayzadə deyirdi ki, biz auditoriyaya Məcidə görə giririk, çünki başqa oxuyan yox idi. Sonra musiqi təhsilimi də tamamladım, özəl müəllimlər tutdum. Əsas istedaddır, səsdir, o olmadan mümkün deyil, quyuya su tökməklə olmaz.

- İndi populyar olmaq, tanınmaq 20 il öncəkindən qat-qat asandır. Səsi olan da oxuyur, olmayan da...
 
- Elə əldəqayırma müğənnilərin mahnıları bir iki dəfə səsləndikdən sonra unudulur. Trendə saldırırlar özlərini müxtəlif yollarla, bunun da şahidi olmuşam. Populyarlaşmaq çox asandı, amma zirvədə qalmaq, gerçək izləyici sevgisini qazanmaq çox çətindir. Savadlı musiqini ən bisavad dinləyici də xoşlayır.
 
- Bir ara sizin haqqınızda da maqazin proqramlarında danışarkən rəqibləriniz “aşpaz” demişdilər. Niyə?
 
- Həyatımın ən böyük səhvlərindən biri, bu günə qədər də özümü bağışlaya bilmədiyim bir məqamla bağlıdır bu. Bəlkə də başqa yolum yox idi, o addımı atdım, heç bir halda bunu özümə bağışlamıram.
 
Kifayət qədər tanınmış, vokal aktyor olduğum halda daha azına razılaşdım. ATV kanalından “Süfrəmiz” verilişinə bölgədən gələn sənət adamı kimi qonaq qismində getdim. Bir həftə sonra həmin kanal məni layihə rəhbəri kimi işə dəvət etdi. Özüm də çaşıb qaldım.
 
Layihə rəhbəri oldum və yaradıcılıq qaldı kənarda. O zaman maddi imkanlara görə buna məcburdum. Yəni süfrə verilişinə görə bu ifadəni işlədiblər. Həmin ərəfədə atamı itirmişdim, teatrdan çıxmışdım, anam xəstə idi, onu da itirmək qorxusu yaşayırdım. Hər ikisini bir ilin içində itirdim. İşləmək lazım idi.
 
 - Tək övlad idiniz?
 
- Yox, 6 bacı-qardaşıq. Amma bu evin işığı o biri evə düşmür (hüznlənir). Hamı sağ olsun öz evində. İnsan özü üçün nəsə eləməsə, başqası ona edən deyil. Bu səbəblə həmin kanalda işləməyə məcbur oldum. Layihə bitdiyi ərəfədə “Space” kanalında “Günaydın” verilişinə  redaktor kimi dəvət aldım. Bax, bunları həyatımın səhvi adlandırıram. 
 
- Siz Azərbaycanda kazino mədəniyyətinin yaradıcısı sayılırsınız. İstərdim bu barədə də danışaq...
 
- Arzum var idi ki, Türkiyənin klassik kazino-səhnə mədəniyyətini bizdə də yaradım. Yəni, Zeki Mürenin, Bülent Ersoyun gənclik illərinin keçdiyi o kazinolar kimi. Bu məkanların öz dress kodu olur, çox mədəni bir mühitdən söhbət gedir. Bir restoran tapdım, oranı sıfırdan yaratdım. Sağlamlığım da getdi, gəncliyim də. 8 il orda fəaliyyət göstərdim. İstədiyimi yaratdım. Amma kazinonun idarəçiliyi həm mənim, həm də başqa insanın əlində idi. Mən buranı mədəni sənət mühiti kimi saxlamağı düşünürdüm, o qazanc əldə etməyi fikirləşirdi.
 
Açığı, puldan başqa da arzuları vardı. Mənim təqdim etdiyim tərəfdən gələn gəlir hətta daha çox idi, amma o buranı bir əxlaqsızlıq yuvasına çevirməyə çalışırdı. Mən daha hörmətli, daha namuslu, daha mədəni mühit arzusundaydım, o isə...  
 
Ağanın malı gedir, nökərin canı. Məni 8 il ciddi rejimli ağır cəzaçəkmə müəssisəsində saxladı. Heç yerə getməyə qoymadı. Gələn təklifləri də hədə-qorxu ilə geri qaytarırdı.

- Müqavilə bağlamışdınız? 
 
-Yox.
 
- Niyə bu istismara razı olurdunuz?
 
- Dostluğumdan istifadə etdi. Həm sirdaş, həm dost, həm rəhbər idi. Bu gün dörd böyük məkan var ki, onlar mənim adımı vermək, mənim rəhbərliyim altında çalışmaq istəyirlər. Yaxın günlərdə adımı daşıyacaq məkanın açılışı olacaq, orada mən öz janrımı nümayiş etdirəcəm.
 
Məcid Şamiloğlu adını sevənlər gələcəklər. Düzünü desəm, adım üstündə rəqabət var. Birinə iki il öncə söz vermişdim, alınmırdı, bir başqası daha tez tərpəndi, ona görə zənglərini açmağa bir az hətta utanıram. Türkiyədən, Kərkükdən, İsraildən xüsusi qonaqlar məni dinləmək üçün gəlirlər. Kərkükə getsəm, yəqin fəxri ad verərlər mənə?
 
- Bəs niyə getmirsiniz?
 
- Səhhətim yol vermir. Təyyarə qorxum var. Əvvəllər uçmağı sevirdim, indi panik atak yaranır məndə. 3 il bundan qabaq bacım uşağının xeyir işinə getmişdim. Təyyarədə halım dəyişdi, hətta trapın qabağına təcili yardım maşını gətirdilər. Dedilər ağır nevroz yaşamısan.
 
- Nədən qalıb bu travma? 
 
- Nələr yaşamamışam ki, böyük itkilərim oldu. Anamı-atamı bir ilin içində itirdim. Çox ağır yaşadım bu itkini. Valideynlərimə çox bağlıydım. 
 
- Ailəlisiniz?
 
- Ailəliydim. 2000-ci ildə onu da itirdim. Xanımım 9 aylıq hamiləydi, övladım da, o da həlak oldu. Heç bir dərd unudulmur, sadəcə bir az köhnəlir.
 
- İkinci dəfə həyatınıza kimisə almadınız?
 
- Yox. Ala bilmədim (gözləri dolur). Bildiyiniz bunlardır, bilmədiyiniz çox yaram var.
 
- Sanki bir xəyanət, kürəyinizə bir bıçaq yarası almısınız. Belə hiss etdirirsiniz?
 
- “Keçmişim film kimi gözümün önündən keçir” deyimini indi dərk edirəm. Dərdli deyingən olar. Elə şeylər var ki, bağışlaya bilmirəm. 2013-cü ildə anam ölümündən öncə Gəncədəki mülkümüzü mənim adıma keçirmişdi. Sonradan xəbər tutdum ki, həmin evi böyük qardaşım keçirib öz adına. Halbuki imkanları var, Moskvada yaşayır, ticarətlə məşğuldur, 20 belə ev ala bilərdi. Anama da çox çəkdirdi.

- İndi necədir dolanışığınız?
 
- Min şükür qazanım qaynayır. Yuxarı baxıb fikir etmirəm aşağı baxıb şükür edirəm.
 
- Müğənni kimi fəaliyyətə başlayanda sizə kimsə dəstək oldu?
 
- Qətiyyən yox. Əksinə, qabağımı kəsənlər, yolumu bağlayanlar oldu. Məşhur müğənni olub ki, işlədiyim məkanın rəhbərinə deyib, o bu məkana gəlsə venamı kəsib sizi zibilə salacam. Axirət dünyasında əlim yaxasında olacaq. Sənətçidən sənətçiyə dost olmaz. Harda görünüb bu? Allah rəhmət eləsin Cavanşir Məmmədova, məclisdə, efirdə söz düşəndə haqqımda xoş sözlər deyib. 
 
- Ürəyində sizə qarşı qurdu olanlarla necə mübarizə aparmısınız?
 
 - Heç nə. Keçi ölməyincə qoturu sağalmaz. Qozbeli heç qəbir də düzəltmir. 
 
- Sizin ifanızda əsasən türk muğənnilərinin mahnılarını eşidirik...
 
- Şəxsi mahnım yoxdur. Bülent Ersoyun səsinə lap gəncliyimdən heyran olmuşdum, səsini sevirdim, üzünü görməmişdim. Çox sonralar onları tanıdım. Bəhrələndim, amma özümü oxşatmadım. İzlə gedənin izi olmaz. Çoxları onun eqosunu götürüb, ona bənzədir özünü. Bülent psixopat adamdı. Güllələdilər, bir böyrəyini çıxardılar, cinsini dəyişdi, Zeki Müren gününü qara eləmişdi, psixə çevrildi. Nəyinə oxşadırsınız özünüzü? Türk mahnıları ilə bağlı bir dəfə efirdə başıma maraqlı hadisə gəlib. Aparıcı sual verdi ki, ən sevdiyiniz mahnının adnı çəkə bilərsiniz? Dedim “Zorundamıyım?”. O da təəccübləndi, dedi yox, demirsiniz deməyin. Dedim mahnının adıdı zorundamıyım. Eyni hadisə bu mahnının müəllifi Dilbər Ayın da başına gəlmişdi. Mən türkcə danışmıram, mahnı oxuyuram, axı elə kobud cavab verməzdim.

- Ulduzların bir çoxu qəsdən səhnəyə gec çıxır. Buna necədir münasibətiniz?
 
- Bir yerə gecikəndə dəhşətli dərəcədə pis oluram. Ayıb kimi gəlir mənə. Çıxış etdiyim məkanda səhnəyə gec çıxan ulduzu görəndə mikrofonu alıb əlimə, üzünə deyirəm ki, bu xəstəlikdir, Maştağada tanış həkimim var, göndərim səni? Ümumiyyətlə heç kimin arxasınca danışmaram, kimin nəyi var üzünə deyirəm. İnsanlar pul verib, bilet alıb, nə ixtiyarın var gecikməyə. Dalınca danışmıram, üzünə deyib evdə də rahat yatıram. Mən belələrinə müğənni demirəm, “zad” deyirəm.
 
- Düşməniniz çox olar bu gedişlə.
 
- Heç dostum var ki? (gülür)
 
-  Səhnə geyimləriniz çox maraqlıdır.
 
- Hə bunları xüsusi hazırladıram. Dizayner özüməm. Hətta bir dəfə xarici ölkədə bir kostyumu bəyənmişdim, ondan  ötrü bilet alıb, gedib alıb qayıtdım.

Oxşar xəbərlər
13:56, Bu gün
Prezident Cəbrayılda fabrikin təməlini qoydu
13:51, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Güclü olacaq, oktyabrın 4-5-də...
13:46, Bu gün
“Atam dedi ki, ananızdan ayırsanız məni qəbirdə narahat edərsiz” - Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? - ÖZƏL AÇIQLAMA
13:39, Bu gün
Moskva və Vaşinqton İsrailin Quterrişlə bağlı qərarına münasibət bildirdi
13:33, Bu gün
İrəvandan növbəti sülh şərləməsi - sərt reaksiya
13:27, Bu gün
İqlim dəyişikliyi və miqrasiya mövzusunda tədbir keçirilib - FOTOLAR
13:21, Bu gün
İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoydu
13:15, Bu gün
Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
13:10, Bu gün
FHN Binədəki yanğınla bağlı məlumat yaydı - VİDEO
13:05, Bu gün
İlham Əliyev Cəbrayılda tam orta məktəbin binasının açılışında iştirak etdi
13:00, Bu gün
Şaiq Sultanov vəfat etdi
12:55, Bu gün
Azərbaycanlı müğənni Ronaldonun bağ evindən çıxarkən görüldü - FOTO
12:50, Bu gün
“Az miqdarda olsa da, spirtli içkinin hər zaman mənfi təsirləri var” - Fidan Ataxanlı
12:44, Bu gün
“O gecə Netanyahu Putinlə danışmağa cəhd etsə də, Rusiya lideri cavab verməyib...”
12:42, Bu gün
Süni intellektlə FALA BAXANLAR - Magiyaların ŞOK OYUNU
12:36, Bu gün
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
12:30, Bu gün
Azərbaycan XİN türk dövlətlərini təbrik etdi
12:25, Bu gün
Prezident və xanımı Cəbrayıla getdi
12:20, Bu gün
Azərbaycanda eyni vaxtda və eyni ərazidə iki yük maşını dəmir arakəsməyə çırpıldı - FOTO
12:15, Bu gün
İrandan Naxçıvana yol belə çəkilir: Zəngəzur dəhlizi isə... - Vitse-spiker detallı danışdı
12:10, Bu gün
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanın gələcək müqəddəratını müəyyənləşdirdi
12:05, Bu gün
Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub
12:00, Bu gün
Saçların tez yağlanmaması üçün nə etməliyik?
11:58, Bu gün
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
11:53, Bu gün
Ədliyyə naziri Neftçalada vətəndaşları qəbul edəcək
11:50, Bu gün
Oktyabrda hansı tərəvəz və meyvələri yeməliyik?
11:48, Bu gün
İlham Əliyev iraqlı həmkarını təbrik etdi
11:45, Bu gün
Bu bürclər üçün böyük eşq dövrü gəlir - Macəralar yaxında...
11:43, Bu gün
Bu addım Yaxın Şərqə sülh gətirməyəcək - Zaxarova
11:38, Bu gün
İlham Əliyev Almaniya Prezidentinə məktub göndərib
11:30, Bu gün
Ermənistan “miatsum”dan imtina etdi - Nikol yeni plan qurur
11:26, Bu gün
Prezident koreyalı həmkarını təbrik etdi
11:18, Bu gün
Türk ölkələri vahid dövlətdə birləşsə: Görün dünyada hansı gücə sahib olar
11:10, Bu gün
Tramp İran-İsrail gərginliyini görün nə ilə müqayisə etdi
11:05, Bu gün
İsrail təyyarələri Beyrutdakı tibb mərkəzini vurdu
11:00, Bu gün
İsrail Suriyanın sursat anbarını bombaladı
10:57, Bu gün
"33 gün idi, haqqında yazmağa söz tapmırdım - indi öz sözünü tapdım, müəllim: “Söz haqqında söz...”
10:55, Bu gün
Azərbaycan nefti ucuzlaşdı
10:53, Bu gün
İran yüzlərlə insanı havada "əsir" saxladı - 12 saatdan sonra...
10:48, Bu gün
Şahdağa qar yağdı
10:43, Bu gün
Ali Məhkəməyə yeni hakimlər təyin edilir
10:35, Bu gün
Bakıda kişi telefonda çox danışan arvadını DÖYDÜ
10:30, Bu gün
Bunlar ürək sağlamlığı üçün ən pis qidalardır
10:00, Bu gün
Yevlaxda qadın dəm qazından boğularaq ölüb
09:53, Bu gün
İran uçuşları bərpa edib
09:46, Bu gün
Paşinyan Makronun qəbuluna gedir: Ona nəyin hesabatını verəcək, hansı təlimatlar alacaq?
09:39, Bu gün
UEFA Avropa Liqası: "Qarabağ" "Malmö"yə qarşı
09:29, Bu gün
Bayden razılıq verdi: İsrail İrana görə bu ölkələri də vuracaq
09:21, Bu gün
Arvadının başını kəsib, oğluna xəsarət yetirən şəxs şikayətini geri götürdü
09:14, Bu gün
Bəşəriyyət III Dünya müharibəsinin astanasında: yalnız bir ölkə onu dayandıra bilər
09:05, Bu gün
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
08:50, Bu gün
Paytaxtda qış mövsümünə hazırlıq prosesi necə aparılır?
08:41, Bu gün
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
08:32, Bu gün
Neftin qiyməti 50 dollara düşəcək? - OPEC-dən iddialara CAVAB
08:26, Bu gün
Plutonun peykində görün nə aşkarlandı
08:19, Bu gün
Nəsrullahın kürəkəni də öldürüldü
08:10, Bu gün
İsrail ilk dəfə Livandakı döyüşlərdə itkilərinin olması barədə məlumat verib
08:09, Bu gün
İsrail İranın nüvə obyektlərini vuracaqmı?.. – "CNN" 
07:56, Bu gün
Çips kimi zərərli qidalara niyə həvəs yaranır? - SƏBƏB
07:45, Bu gün
Bu səhvlər ömrü qısaldır – Mütləq düzəldin
07:41, Bu gün
"Windows 11" üçün son illərin ən böyük yeniləməsi istifadəyə verilib
07:36, Bu gün
CİA Rusiyada agentlərin işə qəbulu proqramını genişləndirməyə başladı...-"REUTERS"
07:19, Bu gün
10-cu sinif şagirdi QƏTLƏ YETİRİLDİ - Hadisənin DETALLARI
07:17, Bu gün
İlin son Günəş tutulması baş verib
00:30, Bu gün
İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
02 Oct 2024 | 23:07
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 23:05
Yaponiyalı kişi 10 ildir dənizdə üzərək həyat yoldaşının axtarışındadır
02 Oct 2024 | 23:02
II Elizabetin ölümünün əsl səbəbi açıqlandı
02 Oct 2024 | 22:57
"Qadın kişinin əlinə baxmamalıdır"
02 Oct 2024 | 22:50
Niyə həddindən artıq yetişmiş banan yemək olmaz?
02 Oct 2024 | 22:43
Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız... - Mişel
02 Oct 2024 | 22:35
Əfsanəvi futbolçu ölən oğlunun sevgilisi ilə görüşür?
02 Oct 2024 | 22:29
SENSASİYA! Nəsrullahın ölümü Zəngəzur dəhlizini aça bilər?
02 Oct 2024 | 22:21
İran XİN-ə yeni mətbuat katibi təyin edildi
02 Oct 2024 | 22:18
Adi tüpürcək: Nə vaxt öləcəyimizi deyəcək
02 Oct 2024 | 22:15
Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"
02 Oct 2024 | 22:08
Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 21:54
Yıxılıb qabırğasını sındırdı
02 Oct 2024 | 21:46
Zibilxanada 2 milyonluq lüks maşınlar tapıldı
02 Oct 2024 | 21:38
Neftin qiyməti 50 dollara düşə bilər
02 Oct 2024 | 21:30
Maştağada 2 nəfərdən 4 kiloqram narkotik vasitə aşkarlandı
02 Oct 2024 | 21:23
İran İsrailə məxsus hərbi bazaları vurdu - VİDEO
02 Oct 2024 | 21:15
Azərbaycanlı musiqiçi qəfil vəfat etdi - FOTO
02 Oct 2024 | 21:10
Ekspert süni intellekt vasitəsi ilə pul qazanmağın yollarından danışdı
02 Oct 2024 | 20:55
Tezliklə 5 BÜRC üçün elə bir zaman gələcək ki...
02 Oct 2024 | 20:48
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 20:40
Uşaqlıq travmalarını necə sağaltmaq olar?
02 Oct 2024 | 20:33
İlin son Günəş tutulması baş verdi
02 Oct 2024 | 20:25
İsrailin qarşısı qəti şəkildə alınacaq - Arakçı
02 Oct 2024 | 20:18
"Ukrayna qalib gələ, Putin məğlub ola bilər" - Britaniyanın sabiq müdafiə naziri
02 Oct 2024 | 20:10
Yapon qadınlarının uzunömürlülüyünün sirri açılıb
02 Oct 2024 | 20:02
Məşhur blogerlər həbs oluna bilər
02 Oct 2024 | 19:55
Avropa İttifaqı bu qışın həlledici “cəbhəsini” açıqladı
02 Oct 2024 | 19:48
Hizbullah MOSSAD-ın qərargahına zərbə endirdi
02 Oct 2024 | 19:40
Kərkinin qaytarılması ilə bağlı Paşinyandan açıqlama
02 Oct 2024 | 19:33
Ölkədə heyvanların mühafizəsi ilə bağlı qanuna dəyişiklik
02 Oct 2024 | 19:25
Xanəndə başına saç əkdirdi - VİDEO
02 Oct 2024 | 19:20
Ətdən imtina etməyin təhlükələri nələrdir?
GÜNLÜK
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 15:18
Professordan jurnalistlərə çağırış: “Bu vəhşiliyi ifşa edin!”
02 Oct 2024 | 16:38
Prezident general-mayoru rütbəsindən məhrum etdi
02 Oct 2024 | 15:00
Bu şəxslərə hər ay 1000 manatadək MÜKAFAT VERİLƏCƏK
02 Oct 2024 | 18:42
Əli Nağıyevdən böyük ifşa: Məzarlıq qatilləri!
02 Oct 2024 | 14:43
"Ukrayna qəsbkarlıq savaşı deyil, müdafiə savaşı aparır" - NATO-nun yeni baş katibi
02 Oct 2024 | 15:36
İsrailin İranın hücumuna cavabının "ekstremal ssenariləri" - Qərb mətbuatı
02 Oct 2024 | 14:37
Əmisi oğlu anasının əxlaqsız olduğunu söylədi, buna əsəbləşən oğlan isə... – ŞOK
02 Oct 2024 | 17:10
Müharibənin ilk günü şəhid olan Vətən Müharibəsi Qəhrəmanı...
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 15:18
Professordan jurnalistlərə çağırış: “Bu vəhşiliyi ifşa edin!”
02 Oct 2024 | 16:38
Prezident general-mayoru rütbəsindən məhrum etdi
02 Oct 2024 | 15:00
Bu şəxslərə hər ay 1000 manatadək MÜKAFAT VERİLƏCƏK
02 Oct 2024 | 18:42
Əli Nağıyevdən böyük ifşa: Məzarlıq qatilləri!
02 Oct 2024 | 14:43
"Ukrayna qəsbkarlıq savaşı deyil, müdafiə savaşı aparır" - NATO-nun yeni baş katibi
02 Oct 2024 | 15:36
İsrailin İranın hücumuna cavabının "ekstremal ssenariləri" - Qərb mətbuatı
02 Oct 2024 | 14:37
Əmisi oğlu anasının əxlaqsız olduğunu söylədi, buna əsəbləşən oğlan isə... – ŞOK
02 Oct 2024 | 17:10
Müharibənin ilk günü şəhid olan Vətən Müharibəsi Qəhrəmanı...
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL