Ölümcül xəstəlikdən əziyyət çəkən Zeynəbin səhhəti ilə bağlı - AÇIQLAMA
Şou-biznes
2561
05 Mar 2024 | 09:15

Ölümcül xəstəlikdən əziyyət çəkən Zeynəbin səhhəti ilə bağlı - AÇIQLAMA

“Müğənni Zeynəb Həsəni ilə bağlı yayılan məlumatlar yanlışdır”.
 
Moderator.az  bildirir ki, bu barədə Oxu.Az-a müğənninin köməkçisi Elvin Salmanov məlumat verib.
 
O, Zeynəb Həsəninin Bakıda olduğunu qeyd edib:
 
“Hər şey yaxşıdır. Vəziyyətin pisləşdiyi ilə bağlı xəbərlər yanlışdır. Hazırda yaxşıdır. Yanlış anlaşılma olub. Türkiyəyə yoxlanışa getmişdi, artıq qayıdıb. Hər dəfə yoxlanış ilə əlaqədar gedir. Hazırda Bakıdadır”.
 
Xatırladaq ki, bir neçə gün öncə müğənni Zeynəb Həsəninin səhhətinin pisləşməsi ilə bağlı məlumat yayılmışdı. Analizlərin cavabları yaxşı çıxmadığı və bu səbəbdən müğənninin yenidən Türkiyəyə yollandığı bildirilmişdi.
 
Xərçəng xəstəsi olan Zeynəb Həsəni 2022-ci ildə əməliyyat olunub.
Link kopyalandı!
Son xəbərlər