Vera Brejneva əlavə edib ki, onun bütün mahnıları sevgi və işıq haqqındadır.
Meladzenin adı çəkildikdən sonra tamaşaçılar gurultulu şəkildə alqışlayıblar.
Qeyd edək ki, bir müddət əvvəl Vera Brejneva və Konstantin Meladze boşanıblar. Ukraynalı ifaçı səkkiz il evli olduğu şəxsdən ayrılmağın onun ruhunda dərin yara buraxdığını deyib.
Xatırladaq ki, fevralın 21-də Heydər Əliyev Sarayında V.Brejnevanın konserti keçib. Tamaşaçılarla ünsiyyətdə olan müğənni sonuncu dəfə yeddi il əvvəl Bakıda böyük konsert proqramı ilə çıxış etdiyini və yenidən Azərbaycanın paytaxtına qayıtdığına, sevgisini, duyğularını bakılı tamaşaçılarla bölüşdüyünə görə xoşbəxt olduğunu qeyd edib. O, Azərbaycanı xüsusən həmişə günəşli havasına, dadlı yeməklərinə və mehriban insanlarına görə çox sevdiyini vurğulayıb.