Tünzalənin qızı:
Şou-biznes
1751
06 Dec 2023 | 12:18

Tünzalənin qızı: "Hamının anası var, bəs mənim niyə yoxdur?"

Bu il yanvar ayının 22-də onkoloji xəstəlikdən vəfat edən əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal duyğusal paylaşımı ilə diqqət çəkib.
 
AZXEBER.COM xəbər verir ki, o, hələ də qızı Zəhranın anasının yoxluğuna alışa bilmədiyini bildirib.
Qızı ilə yaşadığı dialoqu izləyiciləri ilə bölüşən Röyal, kədərini gizlədə bilməyib:
 
"Bu sabah, evdən çıxanda Zəhram mənə deyir ki, Röyal hamının anası var, amma mənim yoxdur. Deyirəm ki, qızım, sənin anan var, sadəcə bu dünyada deyil”.
 
Röyal hələ də Tünzalə Əliyevanın xatirələri ilə yaşadığını deyərək əlavə edib:
 
"Zəhranın balaca olmasına baxmayaraq, çox böyük ürəyi var. Mən artıq vərdiş etmişdim, avtomobil idarə edən zaman, əlimi açıram, sanki Tünüş tuturmuş kimi hiss edirəm. İndi də özümdən asılı olmayaraq əlimi açıram, kimsə görəndə bunu niyə etdiyimi soruşur. Zəhram da mamanın əlini tutur deyir. Mən Tünzaləyə qovuşacağım gün üçün səbirsizlənirəm. Bir gün tez, bir gün gec!”
 
 
 
 
 
Link kopyalandı!
Son xəbərlər