Xalq artisti Emin Ağalarov təşkilatçısı olduğu "Jara" beynəlxalq musiqi festivalı uzun aradan sonra ötən gün Moskvada baş tutub.
Altıncı dəfə təşkil olunan gecədə Lolita, Filipp Kirkorov, Qriqori Leps, Yeqor Krid, Zivert, Sergey Lazarev, Anna Asti, Coni, Dima Bilan, Klava Koka, Nyuşa, Olqa Buzova, Mot, Lüsi Çebotina kimi məşhurlar iştirak edib.
Festivalda Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) 2 mükafata layiq görülüb. O, "Ən yaxşı müğənni" və "VK musiqi seçimi" nominassiyalarında birinci olub.
"5 illik qrup" nominasiyası üzrə mükafat azərbaycanlı məşhurlar HammAli&Navai-yə (Aleksandr Əliyev və Nəvai Bəkirov) təqdim olunub.
Tədbirdə mükafatların sayına görə liderlik Anna Astiyə məxsusdur. O, “İlin müğənnisi”, “Hobbi” mahnısına görə "İlin mahnısı” da daxil olmaqla ümumilikdə beş kateqoriyada qalib olub.
Rusiyanın Xalq artisti Filip Kirkorov “İlin müğənnisi” və “Konsert turu” nominasiyaları üzrə mükafatlar qazanıb. "Qayasov$ Brother$" qrupu "Ən yaxşı qrup" seçilib. Olqa Buzova "İlin şousu", Dima Bilan "Yeni nəslin artisti", Sergey Lazarev "Raido ulduzu", Zivert "İlin trendi" nominasiyasının qalibi olub.
Qeyd edək ki, "Jara" musiqi festivalı 2016-cı ildən Bakıda keçirilir. Son 3 ildə festival pandemiyaya görə baş tutmayıb.