“İran və bölgənin bəzi dövlətləri fürsəti gözləyirlər ki, ABŞ bölgəni tərk etsin” – İlham İsmayıl
Siyasət
244
13:00, Bu gün

“İran və bölgənin bəzi dövlətləri fürsəti gözləyirlər ki, ABŞ bölgəni tərk etsin” – İlham İsmayıl

Birləşmiş Ərəb Əmirliyinin keçmiş prezidentinin müşaviri, tanınmış politoloq və professor Əbdülxaləq Abdulla ölkəsinin müdafiə strategiyasında inqilabi dəyişikliklərin vaxtının çatdığını bəyan edib.

Professor Abdulla rəsmi Abu-Dabinin artıq ABŞ-ın hərbi himayəsinə ehtiyacı olmadığını və ölkə ərazisindəki Amerika bazalarının bağlanmasının vaxtının çatdığını bildirib.

O deyib ki,  Amerika bazalarının mövcudluğu BƏƏ-ni hədəf halına gətirir və ölkənin suveren qərarlarına mane olur.

Beləliklə, ABŞ-ın İrana qarşı başlatdığı müharibənin nəticələrindən biri BƏƏ və digər körfəz ölkələrində ölkələrində bu cür çağırışların meydana gəlməsi oldu. Bu çağırışlar ciddiləşsə rəsmi dövlət mövqeyinə çevrilsə ABŞ-nin bazaları çıxarması mümkündürmü? Vaşinqtonun reaksiyası sərt ola bilərmi?

Təhlükəsizlik eksperti İlham İsmayıl Musavat.com-a bildirib ki, İranın körfəz ölkələrini, xüsusilə də BƏƏ və Səudiyyə Ərəbistanını daha sərt vurması həmin ölkələrdə ABŞ-nin himayəsinə ehtiyac olmadığı qənaətini gücləndirib. Körfəz ölkələrində ABŞ bazalarının mövcudluğu bu ölkələrin hədəf halına gətirməsinə səbəb olduğu arqument olaraq səsləndirilir:

“Bəs ABŞ körfəz ölkələrini tərk edərsə həmin ölkələrin təhlükəsizliyinə zəmanəti kim verə bilir? Özlərinin gücünü müdafiə üçün yetərli hesab etmək olarmı?  Xatırladaq ki, 1990-cı il avqustun 2-də Səddam Hüseyn Küveyti işğal edəndə orada birləşmiş Ştatların hərbi bazası yox idi. Amerika "Səhrada fırtına" əməliyyatı ilə 7 aydan sonra Küveytin işğalına son verdi. Bundan sonra ərəb ölkələri ABŞ bazalarının yerləşdirilməsinə icazə verdilər”.

İlham İsmayıl qeyd edib ki, bölgənin güclü dövləti olan İran sabah körfəz ölkələrini işğal etməyə qərar verərsə faktiki onun köməyinə kimin gələcəyi sual altındadır:

“İran islam inqilabının ekspansiyasını bütün müsəlman ölkələrinə  yaymaq adı ilə işğal fürsəti gözləyən dövlətdir. Hesab edirəm ki, körfəz ölkələrinə nə qədər təpki versələr də mövcud hakimiyyətlər bunu qəbul etməz. İran başda olmaqla bölgənin bəzi dövlətləri elə bu fürsəti gözləyirlər ki, ABŞ bölgəni tərk etsin. Hazırda İranın irəli sürdüyü 10 maddəlik tələbdə də ABŞ-nin körfəz ölkələrini tərk etməsi məsələsi qoyulub. Hesab edirəm ki, nə ABŞ, nə də fəaliyyətdə olan körfəz ölkələrinin hakimiyyətləri bu təklifi qəbul etməzlər”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər