Azərbaycanın İsraildəki səfirliyi ölən azərbaycanlı ilə bağlı məlumat yayıb
Siyasət
276
18:45, Bu gün

Azərbaycanın İsraildəki səfirliyi ölən azərbaycanlı ilə bağlı məlumat yayıb

İsrail ərazisinə 9 mart tarixində həyata keçirilmiş raket hücumu nəticəsində həlak olmuş Murtuzov Amid Əligüllah oğlu Azərbaycan və İsrail vətəndaşıdır.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Yehud şəhəri ərazisində, tikinti sahəsində baş verib. A.Murtuzov İsrailin Petax Tikva şəhər sakini idi:

"Amid Murtuzov ailəsi ilə birgə illər əvvəl İsrailə miqrasiya edib və uzun müddətdir ki, İsraildə yaşayırdı.

Mərhumun ailəsinə və doğmalarına səbr diləyir, başsağlığı veririk.

Allah rəhmət eləsin!"

Link kopyalandı!
Son xəbərlər