Siyasət
189
18:07, Bu gün

"Haber Global" Azərbaycandan İrana göndərilən humanitar yardımla bağlı videosüjet hazırlayıb - VİDEO

Türkiyənin "Haber Global" "YouTube" kanalı Azərbaycandan İrana göndərilən humanitar yardımla bağlı videosüjet hazırlayıb.

Moderator.az-ın xəbərinə görə, süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə İrana yola düşən humanitar yardım maşınlarının görüntüləri yer alıb.

"İlham Əliyev martın 8-də İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparmışdı. Bu danışıqdan sonra İran xalqının ehtiyaclarının ödənilməsi məqsədilə yardımın göndərilməsi üçün tədbirlər görülüb.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus nəqliyyat vasitələri ilə İrana göndərilən humanitar yardıma 10 ton un, altı ton düyü, 2.4 ton şəkər, dörd tondan çox içməli su, təxminən 600 kiloqram çay və iki ton dərman və tibbi ləvazimatlar daxildir.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət Departamentinin direktoru Emin Həsənzadə göndərilən yardım barədə məlumat verib. Həsənzadə İrana təxminən 30 ton qida məhsullarından ibarət humanitar yardımın göndərildiyini bildirib və bunların arasında un, düyü, şəkər, çay və dərmanların olduğunu qeyd edib. Nəqliyyat vasitələri bu gün yola düşüb", - deyə materialda bildirilib.

Link kopyalandı!
Son xəbərlər