“İlyas İsmayılov və Ədalət” adlı xatirə Konfransı keçiriləcək
Siyasət
195
16:10, Bu gün

“İlyas İsmayılov və Ədalət” adlı xatirə Konfransı keçiriləcək

Ədalət Partiyasının təşkilatçılığı ilə görkəmli hüquqşünas və siyasi xadim İlyas Abbas oğlu İsmayılovun xatirəsinə həsr olunmuş “İlyas İsmayılov və Ədalət” adlı Konfrans keçiriləcək.

Bu barədə Moderator.az-a Ədalət Partiyasının mətbuat xidmətindən məlumat verilib.

Konfrans İlyas İsmayılovun həyat və peşə yoluna, ictimai-siyasi fəaliyyətinə, hüquq və ədalətə dair baxışlarına, həmçinin Ədalət Partiyasının formalaşması və inkişafındakı roluna həsr olunub. Tədbir çərçivəsində xatirə çıxışlarının edilməsi, foto və video materialların nümayişi, həmçinin açıq diskussiya formatında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Xatirə Konfransı 14 fevral 2026-cı il tarixində, saat 12:00-da, Ədalət Partiyasının qərargahında (Bakı şəhəri, Nizami rayonu, Əzim Əzimzadə küçəsi, 4) keçiriləcək.

Tədbirin keçirilməsi İlyas İsmayılovun dövlətçilik irsinin, siyasi və hüquqi baxışlarının gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Azərbaycanın baş prokuroru, Ədliyyə Naziri, Milli Məclisin deputatı  və Ədalət Partiyasının qurucusu və ilk sədri olmuş İlyas İsmayılov ötən il fevralın 17-də dünyasını dəyişib.

Link kopyalandı!
Son xəbərlər