İdman
1556
11 Feb 2026 | 16:20

"Neftçi" "Qarabağ" azarkeşlərini stadiona buraxmadığına görə cəzalandırıldı

Əvəzedicilər Liqasının XV turunda keçirilən "Neftçi-2" - "Qarabağ-2" oyununda "Qarabağ" azarkeşlərini stadiona buraxmayan "Neftçi" klubu cərimələnib.

Moderator.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Belə ki, "Neftçi" klubu bu hərəkətinə görə 200 manat cərimə edilib.

Qeyd edək ki, qarşılaşma "Neftçi-2" komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər