Azərbaycan və Özbəkistan FHN arasında birgə fəaliyyət planı imzalanıb - FOTO - VİDEO
Siyasət
98
18:19, Bu gün

Azərbaycan və Özbəkistan FHN arasında birgə fəaliyyət planı imzalanıb - FOTO - VİDEO

Azərbaycan və Özbəkistanın Fövqəladə Hallar nazirlikləri arasında birgə fəaliyyət planı imzalanıb.

Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransı çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının fövqəladə hallar naziri general-mayor Botir Kudratxocayevlə görüşüb.

Qonağı salamlayan nazir Kəmaləddin Heydərov ölkələrimiz arasında dərin tarixi köklərə malik münasibətlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında mövcud qarşılıqlı etimada söykənən müdrik və uzaqgörən siyasət sayəsində strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəldiyini xatırladıb.

Bu çərçivədə, iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında əlaqələrin sürətlə genişləndiyini vurğulayan nazir keçirilən görüşün qurumlar arasında əməkdaşlıq münasibətlərinin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. Bu baxımdan, imzalanacaq birgə fəaliyyət planının qarşılıqı təcrübə mübadiləsinin dərinləşdirilməsi və əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaradacağı bildirilib.

Özbəkistan Respublikasının fövqəladə hallar naziri Botir Kudratxocayev səmimi görüşə və qonaqpərvərliyə, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransının Bakıda yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.

Nazir B.Kudratxocayev strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıyan Azərbaycan-Özbəkistan münasibətləri çərçivəsində iki nazirlik arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edib, əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə iki ölkənin fövqəladə hallar nazirlikləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin faydasından danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Özbəkistan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında 2026-2027-ci illər üzrə birgə fəaliyyət Planı” imzalanıb. Planı Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Özbəkistan Respublikasının fövqəladə hallar naziri Botir Kudratxocayev imzalayıblar.

Daha sonra qonaq FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsi və İctimaiyyətlə əlaqə idarəsinin fəaliyyəti ilə yerində tanış olub.

Qeyd edək ki, səfər çərçivəsində Özbəkistan naziri FHN-in bir sıra digər qurumlarına səfər edəcək, onların fəaliyyətləri ilə yerində tanış olacaq.

Azərbaycan və Özbəkistan FHN arasında birgə fəaliyyət planı imzalanıb - VİDEO Azərbaycan və Özbəkistan FHN arasında birgə fəaliyyət planı imzalanıb - VİDEO Azərbaycan və Özbəkistan FHN arasında birgə fəaliyyət planı imzalanıb - VİDEO Azərbaycan və Özbəkistan FHN arasında birgə fəaliyyət planı imzalanıb - VİDEO Azərbaycan və Özbəkistan FHN arasında birgə fəaliyyət planı imzalanıb - VİDEO

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər