Məhkəmə Ohanyanın Ermənistandan çıxışına qadağanı ləğv edib
Dünya
1706
03 Dec 2025 | 18:30

Məhkəmə Ohanyanın Ermənistandan çıxışına qadağanı ləğv edib

İrəvan məhkəməsi sabiq müdafiə naziri Seyran Ohanyanın Ermənistandan çıxışına qadağanı ləğv edib.

Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, vəkil İnessa Petrosyanın sözlərinə görə, bu gün keçirilən məhkəmə iclasında təqdim etdiyi vəsatət təmin edilib.

Qeyd edək ki, parlamentdə müxalif “Hayastan” fraksiyasının başçısına qarşı bu ilin yayında cinayət işlərindən biri çərçivəsində onun ölkədən çıxışına qadağa qoyulub. seçilib. Ohanyan Geqarkunikdə 10,5 min kvadrat metr torpağı mənimsəməkdə ittiham olunur.

Link kopyalandı!
Son xəbərlər