21:25
13°C
Bakı
“Ermənistan və ABŞ Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolunun inşası barədə danışıqlar aparır”.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda “Orbeli: sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” beynəlxalq forumunda çıxış edərkən danışıb.
“Biz hazırda amerikalı tərəfdaşlarımızla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmir yolunun inşasını müzakirə edirik. Nəyə görə məhz ABŞ ilə? Çünki bu TRIPP layihəsinin ayrılmaz hissəsidir”, - Paşinyan qeyd edib.