00:18
12°C
Bakı
"Ermənistan silah və hərbi texnika satın almağa davam edəcək, lakin o, avqustun 8-də Vaşinqtonda Azərbaycanla imzaladığı Bəyannaməni nəzərə almaya bilməz".
Moderator.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan jurnalistlərə bəyan edib.
Bununla da nazir, görünür, ölkənin hərbi-texniki siyasətinin yenidən nəzərdən keçiriləcəyinə işarə edib.
Onun sözlərinə görə, İrəvan və Bakı arasında ABŞ-də əldə olunmuş razılaşmalar mühüm məqamdır və bunların öz nəticələri olacaq.