İlham Əliyev:
Siyasət
501
14:46, Bu gün

İlham Əliyev: "Bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektorudur"

"Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili məhsul çox artmır. Bunun da əsas səbəbi neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir".
 
Moderator.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı söyləyib.
 
Bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsinin qeyri-neft sektorunun olduğunu vurğulayan dövlətimizin başçısı deyib: "Bu, bizim ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil edir".
Link kopyalandı!
Son xəbərlər