İordaniya XİN Azərbaycana başsağlığı verdi
Siyasət
3798
25 Dec 2024 | 17:45

İordaniya XİN Azərbaycana başsağlığı verdi

İordaniya Haşimilər Krallığının Xarici İşlər və Miqrantlarla iş üzrə Nazirliyi Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan və xəsarət alanlarla bağlı Azərbaycana başsağlığı verib.
 
Bu barədə Moderator.az İordaniya XİN-in bu ölkənin Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc edilmiş bəyanatına istinadən xəbər verir.
 
"Nazirliyin mətbuat katibi dr.Sufyan əl-Quda Azərbaycan hökumətinə və xalqına dəstək sözlərini ifadə edib. O, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb", - bəyanatda bildirilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər