Tramp ABŞ-da yalnız iki cinsi tanıyacağına SÖZ VERDİ
Siyasət
817
08:26, Bu gün

Tramp ABŞ-da yalnız iki cinsi tanıyacağına SÖZ VERDİ

"ABŞ hökuməti ölkədə yalnız iki cinsi tanıyan siyasət həyata keçirəcək".
 
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bəyanatında deyilir.
 
O, Arizonada ABŞ-ın “Turning Point” konfransında çıxış edərək qeyd edib ki, onun administrasiyası altında yalnız iki cinsin - kişi və qadın olması ilə bağlı rəsmi siyasət olacaq. Tramp qeyd edib ki, onun sözləri o qədər də çətin səslənmir.
 
Konfrans iştirakçıları seçilmiş prezidentin sözlərini alqışlarla qarşılayıblar.
 
Noyabrın 25-də Trampın ölkənin silahlı qüvvələrindən bütün transseksual hərbçilərin işdən çıxarılmasına səbəb olacaq fərman verəcəyi bildirilib.
 
Noyabrın 14-də "SpaceX"in baş direktoru Elon Mask uşaqlarda cinsiyyət dəyişdirmə əməliyyatı edən həkimlərin ömürlük həbsi ideyasını dəstəkləyib.
Link kopyalandı!
Son xəbərlər