Siyasət
821
22 Dec 2024 | 16:45

"Orban Rusiya qazının Ukraynadan tranziti üçün hiylə düşünüb" - "Reuters"

"Macarıstan qaz üçün Ukraynanın tranzit marşrutundan imtina etməyəcək..."
 
Macarıstan Moskva və Kiyevlə Ukraynadan açıq qaz tədarükünün saxlanılması üçün danışıqlar aparır, baxmayaraq ki, Rusiya qazı "Türk axını" boru kəmərindən idxal edilir. 
 
Moderator.az xəbər verir ki, bu barədə Macarıstan baş naziri Viktor Orban bəyan edib. Məlumatı "Reuters" agentliyi yayıb.
 
Baş nazirin sözlərinə görə, o, "bu marşrutdan imtina etmək istəmir". Nəşr xatırladır ki, Ukraynadan keçən qaz kəməri Rusiya qazının Avropaya nəqlinin son əsas marşrutlarından biridir.
 
Lakin bu ilin sonunda bu marşrut bağlanmalıdır, çünki Kiyev "mavi yanacağın"' Slovakiya, Çexiya və Avstriyaya tədarükü ilə bağlı beşillik tranzit müqaviləsini uzatmaq istəmir. 
 
"Biz indi belə bir "hiylə" düşünürük, məsələn,  Ukraynaya çatacağı məqamda qaz Rusiya qazı olmayacaqsa, artıq istehlakçıların mülkinə çevriləcək. Beləliklə, Ukraynaya daxil olan qaz artıq Rusiyanın deyil, Macarıstanın olacaq", - Orban izah edib.
 
Orban deyib ki, danışıqlar davam edir, bunun Rusiya tərəfdaşımız və ya Ukraynanın qəbul edəcəyi aydın deyil, amma Macarıstan qaz üçün Ukraynanın tranzit marşrutundan imtina etməyəcək.
 
Rusiya qazının Ukrayna ərazisindən tranziti-son xəbərlər
 
Slovakiya baş naziri Robert Fitso Zelenskinin Rusiya qazının tranziti ilə bağlı mövqeyinə kəskin münasibət bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı üzv-ölkələrinin qaz maraqlarının müdafiə edilməsi üçün Avropa Komissiyasına təzyiq göstərilməlidir.
 
Bundan öncə "Politico" nəşri məlumat verib ki, Mərkəzi Avropanın aparıcı energetika şirkətləri Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayyenə Rusiya qazının Ukraynadan tranziti üzrə sazişin uzadılması xahişi ilə müraciət edib.
 
Onun sözlərinə görə, sazişin qüvvədən düşməsi "qaz tədarükünü mürəkkəbləşdirər" və "mavi yanacağın" avropalı istehlakçılar üçün qiymətinin artırılmasına gətirib çıxara bilər".
Link kopyalandı!
Son xəbərlər