Siyasət
563
14:12, Bu gün

"Yəhudilərin Azərbaycan kimi dosta hər zaman ehtiyacı olacaq" - Tanınmış ekspert

İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı Mordexay Kedar yəhudilərin Azərbaycanda həyatına həsr olunan məqalə yazıb.
 
Mderator.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi "X" sosial şəbəkə hesabında paylaşım edib.
 
Dünyanın ən nüfuzlu nəşrlərindən “The Jerusalem Post”da dərc olunmuş dinc yanaşı yaşama ölkəsi olan Azərbaycan yəhudilərə nə üçün lazımdır?” sərlövhəli məqalədə, yəhudilərin Azərbaycan kimi dosta hər zaman ehtiyacı olacağı vurğulanıb.
 
Yazıda ilk dəfə eramızdan əvvəl VIII əsrdə Azərbaycana gələn bu xalqın həmin vaxtdan antisemitizmlə qarşılaşmadan sülh və harmoniya içində yaşadığı göstərilib. Ötən il Azərbaycan İsraildə səfirlik açdıqdan sonra onların həyatının çiçəklənməsi xüsusilə qeyd edilib. Antisemit köklü nifrət və dözümsüzlüyün tüğyan etdiyi dünyada multikultural Azərbaycanın nümunə olduğu bildirilib.
 
Məqalədə o da qeyd olunub ki, yəhudilərin və müsəlmanların bir-birlərinin bayramlarını qeyd etmələri dinc yanaşı yaşamağına və dostluğuna aşkar misaldır. Bakı, Quba, Oğuz, Gəncə və Azərbaycanın digər şəhərlərində məktəbdən evə qayıdan yəhudi uşaqlar təqib edilmir. Onlar öz mədəniyyətlərini və həyat tərzlərini Azərbaycanda yaşayan digər dini qruplarla bölüşməyə təşviq olunurlar.
 
Azərbaycanın İsrail ilə münasibətlərinə toxunan professor sonuncunun neftə olan tələbatının 40%-dən çoxunun ölkəmiz tərəfindən təmin edildiyini, burada 120-dən çox İsrail şirkətinin fəaliyyət göstərdiyini və digərlərinin də iş qurmaq niyyətində olduğunu diqqətə çatdırıb.
 
Müəllif sonda Azərbaycan kimi ən çətin anlarda yanında olan dostlara hər zaman ehtiyac olduğunu diqqətə çatdırıb.
 
Link kopyalandı!
Son xəbərlər