Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə rəsmi səfərə yollanıb.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə lideri Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində, eləcə də Fələstin və Livanla bağlı xüsusi iclasda iştirak edəcək.
Onu bu səfərdə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, ticarət naziri Ömər Bolat və digər rəsmilər müşayiət edir.
Ərdoğan səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirəcək.