Prezident bu qanuna dəyişikliyi təsdiqlədi
Siyasət
481
17:45, Bu gün

Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
 
Moderator.az xəbər verir ki, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların əhatə dairəsi genişləndirilir. Həmin məlumatların sırasına daşınar əmlakın seriya nömrəsi də əlavə olunub.
 
Daşınar əmlakın seriya nömrəsi istehlakçı tərəfindən əmlaka tətbiq edilən hərf, rəqəm və ya onların kombinasiyasından ibarət eyniləşdirmə nömrəsidir.
 
Link kopyalandı!
Son xəbərlər