Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyə Böyük Millət Məclisi (TBMM) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
"Report"un məlumatına görə, bunu Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım Heydər Əliyevin vəfatının 21-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.
Deputat Heydər Əliyevin uzaqgörən və müdrik siyasətindən danışıb, onun bir dövlət xadimi kimi Azərbaycanın inkişafında, türk dünyasının birliyinin möhkəmləndirilməsində xidmətlərini diqqətə çatdırıb.
Şamil Ayrım Heydər Əliyevin ölkənin sosial, iqtisadi və mədəni inkişafına verdiyi töhfələri, Azərbaycanın beynəlxalq aləmdə uğur qazanmasında onun rolunu qeyd edib. “Müasir Azərbaycan ordusu Heydər Əliyevin nailiyyətlərindən biridir ki, o, Silahlı Qüvvələrin müasirləşdirilməsi və Qərb standartlarına uyğun inkişafı üçün böyük səylər göstərib.
Türkiyəli deputat Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq imzalanmış “Əsrin müqaviləsi”nin ölkənin neft sektorunun inkişafında böyük rol oynadığını xatırladıb. “Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan neftini Aralıq dənizinə çatdırıb, “Şahdəniz” qazı Trans-Anadolu Boru Kəməri (TANAP) ilə Türkiyəyə və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya uğurla nəql edilib”. .
Şamil Ayrım Heydər Əliyevin türk dünyasının möhkəmlənməsində, Türk Dövlətləri Təşkilatının formalaşmasında xidmətlərinə də toxunaraq, ümummilli liderin bu gün bütün türkdilli ölkələr üçün nümunə olan Türkiyə-Azərbaycan əlaqələrinin əsasını qoyduğunu vurğulayıb.