“Suriyanın əvvəlki rejimi Azərbaycana problem yaradırdı” - Hikmət Hacıyev
Siyasət
329
13:38, Bu gün

“Suriyanın əvvəlki rejimi Azərbaycana problem yaradırdı” - Hikmət Hacıyev

“Suriyanın əvvəlki rejimi bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana problem yaradırdı. Amma bundan sonra yaxşı olacağına ümid edirik”.
 
Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
 
“Suriyadakı məsələlərlə bağlı Türkiyə Prezidenti ilə Azərbaycan Prezidenti arasında telefon danışığı olub, Suriya xalqına təbriklər çatdırılıb. Azərbaycan tərəfi bundan sonrakı dövrdə qardaş Türkiyə ilə birgə məsləhətləşmələr əsasında Suriya ilə münasibətləri davam etdirəcək”, - deyə Hikmət Hacıyev bildirib.
 
Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.
 
Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.
 
Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək, Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.
Link kopyalandı!
Son xəbərlər