Bizi sosial şəbəkələrdən izləyin:
Suriya Prezidenti Bəşər Əsəd böyük ehtimalla təyyarə qəzasında dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bunu “Reuters” agentliyi Suriya mənbələrinə istinadən yazıb.
Suriya Prezidenti Bəşər Əsədi daşıyan Rusiyanın İL-76T yük təyyarəsinin qəzaya uğradığı ehtimal edilir.
Bundan öncə yayılan məlumatlarda Əsədin təyyarəsinin son dəfə Dəməşq hava limanından qalxdıqdan sonra Homsun qərbində göründüyü və qəzaya uğrama ehtimalının olduğu bildirilirdi.
İnternetdəki uçuş izləmə saytlarında son dəfə Dəməşq hava limanından havaya qalxdıqdan sonra Homsun qərbində görülən, lakin daha sonra itən təyyarənin Bəşər Əsədi daşıdığı iddia edilib. Sözügedən təyyarənin radardan itmədən əvvəl 1600 fut yüksəkliyə endiyi və "qeyri-adi hərəkətlər" etdiyi qeyd edilib.